Vüqar Səfərli: “Jurnalistlərə verilən evlər heç kimin əlindən alına bilməz”
10:06 04.09.2019
Media
798
“Jurnalistlərə verilən evlər heç kimin əlindən alına bilməz”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.
O bildirib ki, jurnalistlər üçün tikilən ikinci binaya köçürülmə başladıqdan sonra istismar aktının verilməsi üçün sənədlər hazırlanaraq Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunub: “Bir müddət sənədlər orada qaldıqdan sonra sərəncam verilməliydi ki, Arxitektura Komitəsi yaradıldı. Arxitektura Komitəsi isə formalaşana qədər vaxt keçdi. Biz yenidən bu sənədləri yığıb verdik və dedilər ki, növbə var, baxılacaq. Yəni, KİVDF-yə aid olan sənədlərin hamısını vaxtında vermişik. Avqustun 8-də isə bina istismara qəbul edilib. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə sənədləşmələrlə bağlı işlər aparılır. Birinci bina üçün də prosedurlar belə olub”.
V.Səfərli mətbuatda onun fikirlərinin yanlış anlaşıldığını qeyd edib: “Mən demişəm ki, bu gün o evlərdə jurnalistlər xidməti ev kimi yaşayırlar. Çünki o evlərə order və ya başqa heç bir sənəd verilməyib. Jurnalistlərə verilən evlər xidməti ev deyil. Heç kimin də əlindən alına bilməz. O, evlər cənab Prezidentin hədiyyəsidir. İndiyə qədər də o evlər heç kimin əlindən alınmayıb və bundan sonra da alınmayacaq. Bu gün orada yaşayan hər bir jurnalist istismar aktı ilə özünü və ailəsini həmin ünvana qeydiyyata sala bilər. Hesab edirəm ki, yaxın gələcəkdə həmin evlərə “kupça” da veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm