Xırda məsələ deyil, bu, informasiya savaşıdır
Turan
06:23 20.08.2020
Media
1575
"Ermənilər Azərbaycan sosial media sektorunda profil yaratmaqla qeydiyyatdan keçirlər"
"Onların məqsədi Azərbaycan əleyhinə informasiya müharibəsində iştirak etməkdir"
“Düşmənin əsas işlərindən biri gənclərimizdə ölkəmizlə bağlı xoşagəlməz fikirlər formalaşdırmaqdır”. Bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşü zamanı deyib.
Nazir bildirib ki, bu gün azərbaycanlı adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçən çoxsaylı ermənilər var: “Onların əsas məqsədi bir çox Azərbaycan gəncinin vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəyini formalaşdırmaqdır.
Mütləq şəkildə 2 hədəfimiz olmalıdır. İlk növbədə gənclər hər bir işdə həmrəy olmalıdırlar. Digər məqam, bir-birimizə dəstək olmağımızdır. Biz daim çiyin-çiyinə vətən uğrunda döyüşlərə, onun müdafiəsinə hazır olmalıyıq”.
Müdafiə nazirinin sosial şəbəkələrlə bağlı diqqət çəkdiyi məqamı “Şərq”ə təhlil edən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, Azərbaycan müharibə şəraitindədir. Ekspertin sözlərinə görə, ermənilərin internet platformalarında reallaşdırmağa çalışdığı hər təşəbbüs informasiya müharibəsinin tərkib hissəsidir:
“Bu, xırda məsələ deyil. Peşəkar formada hazırlaşdırılmış, dilimizi mükəmməl bilən ermənilər Azərbaycan sosial media sektorunda profil yaratmaqla qeydiyyatdan keçirlər. Onların məqsədi Azərbaycan əleyhinə informasiya müharibəsində iştirak etməkdir. Elə açıqlamalar yayırlar ki, azərbaycanlılar arasında ruh düşkünlüyü, şübhə yaransın, çaxnaşma baş versin, vətəndaşlarda dövlətə inamsızlıq formalaşsın.
Məsələn, arxasında erməni duran saxta bir profillərdən xəbərlər yayılır ki, “hansısa xəstəxanaya gedin, filan əsgərə qan lazımdır”. İlk baxışda belə paylaşımlar təhlükəli görünmür, düşünürsən ki, kömək niyyəti ilə bunu edir.
Əslində isə arxasında başqa məqsədlər dayanır, guya bizimkilər qırılır, böyük itkilər veririk, qan ehtiyatı çatışmır və s. Cəmiyyətə bu cür şüuraltı mesajlar ötürürlər. İndiki dövrdə informasiya müharibəsi qaçılmazdır. Düşmən tərəf hər zaman belə metodlardan istifadə edir”.
O.Gündüz vurğulayıb ki, sosial şəbəkə istifadəçiləri mümkün qədər diqqətli olmalı, ehtiyatlı davranmalıdır:
“Xüsusən müharibə şəraitində, hərbi əməliyyatlar vaxtı insanlar hər gördüklərinə, oxuduqlarına inanmamalıdır. İnternet açıq məkan olduğu üçün hər kəs sərbəst fikrini bəyan edə bilir. Eyni zamanda müvafiq qurumlar, hüquq-mühafizə və xüsusi xidmət orqanları sosial şəbəkələrdə monitorinq aparmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya