
İqtisadçı: Ağartı məhsullarının, südün, yağın, pendirin qiymətinin qalxdığı faktdır
Yusif Nəzərli
15:04 08.12.2024
İqtisadiyyat
585
Marketlər sağlam rəqabəti boğur
“Necə olur ki, məsələn, Bərdədə litri 1 manata satılan süd paytaxtda 2 manat 40, 2 manat 70 qəpiyə satılır?”
“Süd, qaymaq, qatıq, şor, nehrə yağı, ümumiyyətlə, ağartı məhsullarının qiymətində baş verən artımın obyektiv səbəbləri var”.
Bunu “Sherg.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Son günlər ağartı məhsullarının qiymətində artım müşahidə edildiyi xəbərlərini şərh edən iqtisadçı bildirdi ki, süd məhsullarının bahalaşmasının əsas səbəbi heyvandarlıqda xərclərin artması, həmçinin ölkəyə idxal olunan süd məhsullarının qiymətindəki bahalaşmadır:

- Ümumdünya Ərzaq Təşkilatının verdiyi məlumata görə, son 1 ildə süd məhsullarının qiyməti 25 faizədək yüksəlib. Dünyada süd məhsullarının bahalaşması Azərbaycana da təsir göstərir. Çünki idxal məhsullarının qiyməti yerli bazarın qiymətinə də təsir edir. Həm yerli fermerlərin xərclərinin artması, həm də idxal qiymətlərinin bahalaşması süd məhsullarının qiymətini artırır.
Onu da xatırladaq ki, bölgələrdə süd məhsullarının qiymətində artım müşahidə edilmir. Südün litri əvvəlcə 1 manat idisə, hazırda da 1 manata satılır, qatığın qiyməti də həmçinin artmayıb. Necə olur ki, məsələn, Bərdədə litri 1 manata satılan süd paytaxtda 2 manat 40, 2 manat 70 qəpiyə satılır?
X.Kərimli qeyd etdi ki, mağazalar ev təsərrüfatlarından mal almırlar:
- Marketlərdə satışa çıxarılan şirkət məhsullarıdır. Bölgədəki qiymətlərin şəhərdəki qiymətlərdən ciddi asılılığı yoxdur. Kənd toyuğu, kənd yumurtasının qiyməti də broyler məhsullarının qiymətindən fərqlidir. Bunlar fərqli məsələlərdir. Bölgələrdə məhsulun mövcud qiyməti ümumi bazar qiymətlərini əks etdirmir. Ağartı məhsullarının, yağın, pendirin qiymətinin qalxdığı faktdır. Bunun da obyektiv səbəbləri var. Doğrudur, marketlər məhsulun qiymətinin üzərinə marja qoyur. Məhsulun alınması və satılmasından əldə edə biləcəyi gəlirdən daha artıq gəlir əldə etməyə çalışır. Bu məsələdə monopoliya var, bu, inkar edilmir. Marketlər sağlam rəqabəti boğur. Amma süd məhsullarının qiymətinin dünyada son 1 ildə 25 faizədək artdığı da faktdır. Başqa bir səbəb, nəqliyyat xərclərinin artmasıdır. Fermer istehsal etdiyi məhsulu yayda hansı qiymətə şəhərə gətirirdisə, həmin qiymətə gətirə bilmir artıq. Nəqliyyat xərcləri artdıqda məlum idi ki, kənd təsərrüfatı məhsullarının qiyməti də qalxacaq. Digər bir səbəb satıcının da pulun alıcılıq qabiliyyətini hesablayaraq məhsulu daha baha qiymətə satmağa çalışmasıdır. Çünki məsələn, deyək ki, 1 manatın alıcılıq qabiliyyəti 6 ay əvvəlki səviyyədə deyil. Pulun alıcılıq qabiliyyəti aşağı düşürsə, satıcılar da məhsulun qiymətini qaldırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya