
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... -ANALİTİK
11:04 23.12.2024
Aktual
583
1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi yalnız Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması haqqında olub və danışıqlar prosesində başqa heç bir məzmun olmayıb. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Ermənistan Respublikasında danışıqların başqa mövzularla bağlı olduğu barədə yayılan məlumatlar daxili auditoriyaya yönəlib. Nikol Paşinyan qeyd edib ki, bu kontekstdə mən böyük bir səhvə yol verdim və 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd olunanları özümə etiraf etmədim (Sizə məlum olan vətənpərvərliyim bunu etməyə imkan vermədi) və buna görə də həmin məsələləri xalq üçün aydınlaşdırmadım.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Nikol Paşinyanın dediklərində müəyyən qədər həqiqət payı mövcuddur:

“Çünki 1994-cü ildə atəşkəsin imzalanmasından sonra əsas məsələ Azərbaycanın işğal altında olan torpaqlarından Ermənistanın çıxarılması və həmin ərazilər üzərində dövlətimizin nəzarətinin bərpa edilməsi idi. Ermənistanın da özünə görə tapşırıları var idi və onlar çalışırdılar ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, Kəlbəcər və Laçın daxil olmaqla yeni "Dağlıq Qarabağ" dövləti qurulsun. Eyni zamanda çalışırdılar ki, həmin dövləri Ermənistan, Azərbaycan və bütün dünya tanısın. Azərbaycan isə buna heç zaman razı olmadı və ermənilərin başına vururaq öz torpaqlarını aldı".
Anakitik əlavə edib ki, Paşinyanın dediyi kimi Ermənistan daxilində olan siyasi güclər Qarabağ kartından öz siyasi və ticari məqsədləri üçün istifadə edirdilər:
"Yəni Qarabağ işğalda qaldıqca Ermənistan daxilində siyasi manipulyasiyalar da qalırdı. Azərbaycanın öz torpaqlarını azat etmək üçün atdığı bütün addımlarda haqlıydı və bizdə Qarabağdan manipulyasiya məqsədi kimi istifadə etmək müşahidə olunmayıb. Paşinyan həm də diqqətə çatdırır ki, 2018-ci ildə hakimiyyətə gələndə reallığı gördüyüm halda xalqa açıqlamalıydım. Həqiqətən də Nikol Paşinyan gerçəkliyi xalqa açıqlasaydı, Azərbaycanla masa arxasına otursaydı hazırda vəziyyət başqa cür olardı. Artıq Nikol Paşinyan, erməni müxaliflər və Ermənistan mediası söz-söhbətlərdən əl çəkməli və irəli baxmaq lazımdır. Ona görə də Azərbaycanla razılaşmaya gəlinməli və rəsmu Bakının tələbləri yerinə yetirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya