Myanmada palçıq axını nəticəsində ölənlərin sayı 32-yə çatıb
Yusif Nəzərli
22:55 16.01.2025
Dünya
506
Myanmanın Kaçin ştatında neftir mədənində baş verən palçıq axını nəticəsində ölənlərin sayı 32-yə çatıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə bölgənin səlahiyyətli qurumları açıqlama yayıblar. Üç gün davam edən axtarışlar zamanı dağıntılar altından 31 nəfərin meyiti tapılıb. Ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan bir nəfər isə 3 gün sonra ölüb. Ölənlərdən 6-sı uşaqdır.
Hazırda evlər palçıq axınından təmizlənir. Bir neçə nəfər itkin düşmüş hesab olunur. Bölgədə yollar tam açılmayıb.
Qeyd edək ki, təbii fəlakət yanvarın 13-də Hpakant rayonunun Spaut kəndində gecəyarı baş verib. Təxminən 50 ev palçıq axınının altında qalıb. Hpakant nefrit daşı ilə zəngindir. Dünyanın ən böyük neft mədəni məhz Hpakant ərazisindədir. Buradakı nefrit ehtiyatının ümumi dəyəri 30 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Təxminən 400 min nəfərin qazancı nefrit mədənləridir. Texniki təhlükəsizlik məsələlərinə diqqət yetirilməməsi səbəbindən bölgədə tez-tez bədbəxt hadisələr baş verir. 2020-ci ildə baş verən torpaq sürüməsi nəticəsində 162, 2015-ci ildəki uçqunda isə 110-dan çox adam ölüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə