Məşhur müğənni Bülent Ersoy 2020-ci ildə vəfat edən modelyer dostu Nur Yerlitaşı yad edərkən emosional anlar yaşayıb.
Sherg.az xəbər verir ki, yeni “Fragman” adlı mahnısını təqdim edən Ersoy jurnalistlərin suallarını cavablandırarkən həm sənət həyatı, həm də həmkarları barədə danışıb. O, bəzi məşhur sənətçilərin adını çəkərək onları tərifləyib.
Daha sonra Nur Yerlitaş haqqında danışan müğənni kövrələrək “Allah rəhmət eləsin, çox darıxıram. Heç dostum qalmadı” sözlərini deyib.
Ersoy həmçinin musiqi dünyasından Emel Sayın, Ajda Pekkan, Sezen Aksu, Orhan Gencebay, Ahmet Özhan və Tarkan kimi sənətçilərin adını çəkərək onlara uzun ömür arzulayıb.