Fransa hökuməti hər iki etimadsızlıq səsverməsindən uğurla çıxıb - YENİLƏNİB

Fransa Baş naziri Sebastiyan Lekornyunun başçılıq etdiyi hökumət ikinci etimadsızlıq səsverməsindən də uğurla çıxıb.
APA Fransa mediasına istinadən xəbər verir ki, hökumətə etimadsızlığın qəbul edilməsi üçün lazım olan 289 səsdən 144-ü toplanıb.

***
Fransa parlamentində Baş nazir Sebastiyan Lekornyunun hökumətinə etimadsızlıq səsverməsi keçirilib.
APA “France24“ə istinadən xəbər verir ki, hökumət ilk etimadsızlıq səsverməsindən uğurla çıxıb.
Solçu siyasətçilərin tələbi ilə keçirilən səsvermə zamanı hökumətə etimadsızlıq üçün 289 səs lazım olub, lakin lazımi səs toplanılmayıb, yalnız 271 nəfər lehinə səs verib.

Qeyd edək ki, qarşıda daha bir etimadsızlıq səsverməsi var.

Xatırladaq ki, Sebastiyan Lekornyu Prezident Emmanuel Makron tərəfindən Baş nazir təyin edildikdən sonra istefa versə də, siyasi böhran fonunda Makron yenidən Lekornyunu Baş nazir təyin edib.