
Azərbaycan-İran münasibətlərinin inkişafı iki ölkənin də xeyrinədir -ŞƏRH
12:44 22.05.2024
Aktual
523
Bu gün Azərbaycan yürütdüyü məqsədyönlü və praqmatik xarici siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini də getdikcə möhkəmləndirir, bölgədə və dünya arenasında mühüm aktorlardan birinə çevrilir. Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə xüsusilə də sərhəd qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu baxımdan, ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.
İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır və əsrlər boyu bərabər yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və mərhum İran Prezidenti İbrahim Rəisinin danışıqlarında bu bir daha özünü göstərdi. İkitərəfli münasibətlərdə prezidentlərin görüşləri sayəsində narahatlıq doğuran məqamlar aradan qalxıb.
İki ölkə arasında münasibətləri “Sherg.az”a dəyərləndirən politoloq Zeynal Əmrəliyev söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və mərhum İran Prezidenti İbrahim Rəisinin son görüşü zamanı çox mühim qərarlar qəbul edilmişdi:

“Eyni zamanda, iki ölkə münasibətlərinin bundan sonrakı inkişafı barədə müsbət fikir dinamikası formalaşmışdı. Xüsusilə də İbrahim Rəisi təcrübəli dövlət adamı, xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə yaxşı deputat idi. Hər iki şəxs çox təəssüflər olsun ki, məlum qəzada həyatlarını itirdilər. Təbii ki, dövlətlərarası əlaqələr şəxslər üzərində qurulmur. İlham Əliyev və mərhum İbrahim Rəisi arasında baş tutan müsbət dinamika bundan sonra da davam edəcək. İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri yüksələn xətlə irəliləyəcək. Çünki ölkə Prezidentlərinin son görüşü zamanı münasibətlərin inkişafı baxımından pozitiv açıqlamalar verilib. Həmin açıqlamalarda rəsmi Bakı və rəsmi Tehranın əlaqələrin inkişafında maraqlı olduqları hiss olunurdu. Azərbaycan həmişə İran münasibətlərinə xüsusi önəm verir. İranla Azərbaycan təkcə qonşu dövlət deyil, eyni zamanda iki ölkənin tarixi bağlılıqları mövcuddur. Bu tarixi bağlılıqlar da iki dövlətin münasibətlərini daim isti tutan vacib amillərdəndir. İran dövləti ilə iqtisadi əlaqələrlə bağlı yaxşı proyektlər və enerji sahəsində də mühim irəliləyişlər olub. Hesab edirəm ki, İranın yeni Prezidentinin simasında da həmin əlaqələr davam edəcək. Yeni gələcək xarici işlər naziri də iki ölkə arasındakı münasibətlərdə maraqlı olacaq. Azərbaycan-İran münasibətlərinin müsbət dinamika ilə inkişafı iki ölkənin də xeyrinədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi