
Aydın Sezer: Türkiyənin Rusiyadan qaz alımını tamamilə dayandırması mümkünsüzdür
10:40 03.10.2025
Dünya
505
Trampın açıqlaması isə, açıq desək, sadəcə “söz olsun” deyə deyilmiş bir bəyanat idi
Türkiyə–ABŞ münasibətləri də bu səbəbdən zərər görməyəcək
Türkiyə Rusiyadan qaz alışını dayandırmayacaq.
Bu barədə Türkiyə energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "CNN Turk"ə verdiyi müsahibədə bildirib.
"Bizim Rusiya ilə razılaşmamız var və qış yaxınlaşdığı ərəfədə vətəndaşlarımıza deyə bilmərik ki, qaz yoxdur. Türkiyə qazı Rusiya, Azərbaycan və Türkmənistandan alacaq. Rusiyadan Türkiyəyə "Mavi Axın" boru kəməri ilə qaz tədarükünü uzatmaq üçün danışıqlar aparılır", - o qeyd edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, NATO və Avropa ölkələri Rusiyadan qaz aldığı müddətdə Vaşinqton Moskvaya sanksiya tətbiq etməyəcək.
Türk siyasətçi və yazar Aydın Sezer "Sherg.az"a deyib ki, Türkiyə 2022, 2023 və 2024-cü illərdə təxminən 50 milyard kubmetr təbii qaz idxal edib:

"Bu qazın təqribən 75 faizi boru kəmərləri ilə – İran, Azərbaycan və Rusiyadan gətirilir. Qalan 25 faizlik hissə isə mayeləşdirilmiş təbii qazdır. Onun da əsas mənbələri Qətər, Misir və ABŞ kimi ölkələrdir. Prezident Ərdoğanın son Vaşinqton səfərində Rusiya qazı ilə bağlı bir məsələ gündəmə gəldi. Trampın Türkiyəyə “Rusiyadan qaz almayın” xəbərdarlığı oldu. Amma Türkiyənin Rusiyadan aldığı qaz həcmi 21,5 milyard kubmetrdir. Bunun 16 milyardı “Mavi Axın” vasitəsilə, təxminən 5 milyardı isə “TürkAxını-1” xətti ilə gəlir. Dolayısı ilə Türkiyənin Rusiyadan qaz alımını tamamilə dayandırması mümkünsüzdür. Çünki LNG alışı boru qazı qədər etibarlı və davamlı təminat deyil. Türkiyə LNG idxalını da müxtəlifləşdirməyə çalışır, amma bu, Rusiya qazına alternativ ola biləcək həcmdə deyil. Digər tərəfdən, ABŞ şirkəti ilə son səfərdə imzalanan razılaşma əsasında 70 milyard kubmetrlik qaz alışı nəzərdə tutulur. Amma bu, 20 ilə bölünəcək bir həcmdir, yəni ildə cəmi 3 milyard kubmetr qaz deməkdir. Bu isə Rusiya qazını əvəz edə bilməz.
Ona görə də Türkiyənin Rusiyadan təbii qaz alımını kəsməsi texniki baxımdan mümkün deyil. Türkiyə boru kəməri ilə gətirilən qazı daha da artırmağa ehtiyac duyur".
Analitik qeyd edib ki, təbii qaz ölkənin enerji balansında mühüm yer tutur:
"Üstəlik, qış aylarında bəzən İran qazının tədarükündə fasilələr yaranır, qaz kəsilir. Bu da Türkiyə üçün riskli vəziyyət yaradır. Əlavə olaraq, Türkiyə öz ehtiyacından artıq qaz aldığı hallarda, onu Rumıniya, Bolqarıstan və digər Avropa ölkələrinə sata bilir. Buna görə də əlavə idxalda problem yoxdur. Dediyim kimi, Türkiyə–ABŞ münasibətləri də bu səbəbdən zərər görməyəcək. Trampın açıqlaması isə, açıq desək, sadəcə “söz olsun” deyə deyilmiş bir bəyanat idi,
ciddi qəbul ediləcək bir xəbərdarlıq deyildi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm