"Ümid edirəm ki, digər Türk dövlətlərində də Türk Ağsaqqalları Birliyi kimi təşkilatlar yaradılacaq" - İlhan Esen
Yusif Nəzərli
13:28 15.02.2022
Aktual
574
"Türk dövlətinin minillik ənənəsində önəmli yeri olan ağsaqqallar türk milləti üçün hər zaman məsləhətçi rolunda çıxış edib, bilik və təcrübələri ilə millətimizə xidmət göstəriblər. Qardaş Azərbaycanda Türk Dünyasına xidmət edəcək Türk Ağsaqqalları Birliyinin (TAİB) qurulmasına çox sevindim. Azərbaycanın ziyalılarından təşkil olunan TAİB-in bilgi və təcrübələri ilə həm Azərbaycanın, həm də Türk dünyasının yoluna işıq salacağına əminəm".
Bu sözləri Skandinaviya Türk Federasiyasının başqanı İlhan Esen Türk Ağsaqqalları Birliyinin yaranması ilə bağlı fikirlərini şərh edərkən bildirib.
İlhan Esen digər Türk dövlətlərində də Türk Dünyasının inkişafına töhfə verəcək Birliklərin qurulmasını arzuladığını deyib.
"Ümid edirəm ki, digər Türk dövlətlərində də Türk Ağsaqqalları Birliyi kimi təşkilatlar yaradılacaq. Yaradılan qurumlar Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası ilə birlikdə əməkdaşlıq edə bilər. Bu Birliklərin xətti ilə türk dünyası üçün gözəl layihələr həyata keçirə bilərik".
Federasiya lideri Türk Ağsaqqalları Birliyinin qurulmasında rolu olan hər kəsə təşəkkürünü bildirib.
"Bu tarixi ənənənin Azərbaycanımızda reallaşması həm Azərbaycan, həm də türk dünyası üçün son dərəcə əhəmiyyətlidir. Türk Ağsaqqalları Birliyinə, Azərbaycan və Türk dünyasına xidmət yolunda böyük uğurlar arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya