Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı
Yusif Nəzərli
23:29 22.02.2025
Dünya
343
Rusiya Ukrayna ordusunu dağıda bilməyəcək və məcbur olacaq ki, Kiyevin mövqeyini nəzərə alsın.
Sherg.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Donbas separatçılarının keçmiş lideri, hazırda həbsdə olan İqor Strelkov deyib.
O, Ukraynada döyüşlərin bitməsi ehtimalının hələlik dumanlı olduğunu bildirib:
“Trampda optimizmin olması təbiidir. ABŞ böyük xarici siyasi uğur əldə edib, ən azında vasitəçilik funksiyasını monopoliyaya ala bilib. Bu isə diplomatiyada elə də kiçik uğur deyil. Məsələn, son dəfə ABŞ Rusiya ilə onun rəqibləri arasında vasitəçiliyi 120 il əvvəl ediblər. Söhbət Rus-Yapon müharibəsinin sonundan gedir ki, orada da müharibə ABŞ-da Portsmunt müqaviləsinin bağlanması ilə bitdi. ABŞ Rusiyaya şərt kimi nə irəli sürüb, bilmirik. Lakin güman edə bilərəm ki, şərt bizim üçün uyğun deyil, ona görə də açıqlamırlar. Trampın bizə Ukraynanı Çinə qarşı ittifaq qarşılığında verəcəyi fikri ilə də razılaşmıram. Əminəm ki, Tramp bizə ümumiyyətlə heç nə verməyəcək, amma əvəzində çox şey götürə və hər şeyi bağışlayacağını söz verə bilər. Amma Tramp NATO-dakı müttəfiqlərinə mane olmayacaq, Ukraynanı isə dəyənək kimi dəstəkləyəcək ki, Moskvanı onun istədiyi güzəştləri qəbul etməyə məcbur edə bilsin. Bəziləri sevinir ki, Ukrayna danışıqlarda subyekt deyil.
Bəli, elədir, amma heç kim Ukraynanı Rusiyanın hərbi düşməni statusundan məhrum edə bilməz, çünki 3 il ərzində təkcə dağılmaqdan xilas olmadı, həm də Rusiyaya bərabər formada müqavimət göstərdi. Ona görə də Ukraynanı hesabdan silmək çox tezdir. Vaşinqton və Moskva bunu istəsə də, istəməsə də nəzərə almalı olacaqlar. Situasiyanı dəyişmək olar, bunun üçün Ukrayna ordusuna ən azından böyük məğlubiyyətlər yaşatmaq lazımdır. Lakin belə başa düşürəm ki, Moskvanın gündəmində indi belə məsələ yoxdur. Bu da bizim danışıqlardakı mövqeyimizin zəif olduğunu göstərir. Bununla belə mən müharibənin yaxın həftələr və aylarda bitəcəyini proqnozlaşdırmıram. Bizim ölkənin içində olduğu sistem böhranının isə gələcəyi yoxdur və o daha da dərinləşəcək”.
Qeyd edək ki, Strelkov Ukrayna tərəfindən axtarışdadır. Moskva onu 2014-cü ildə Ukraynada separatçı ocaqlarının yaradılması, inkişafı və Kiyevə qarşı müharibənin başlanmasında aktiv fiqur kimi istifadə edib. Rusiyada isə o, Priqojin qiyamından bir neçə il sonra bir sıra digər millətçilər kimi həbs edilib. Həbsinin əsl səbəbi bilinmir, amma bəzi ekspertlər bunu Rusiya elitasındakı qarşıdurmanın nəticəsi kimi görürlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə