30 il dağıdıblar, dəyişiblər
Yusif Nəzərli
03:38 04.06.2022
Qarabağ
664
ABŞ Dövlət Departamenti erməni vəhşiliyinə biganə qalmadı
Tural İsmayılov: "Yaxşı olar ki, Departament sadəcə Reza Deqatinin çəkdiklərinə əsasən deyil, ümumən Birinci və İkinci Qarabağ müharibələri zamanı ermənilərin törətdikləri bütün vəhşiliklərə qarşı kompleks mövqe ortaya qoysun"
ABŞ Dövlət Departamenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar paylaşıb. Bildirilib ki, uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə faciəvi təsirləri olub. Vurğulanıb ki, Ermənistanın məsuliyyət daşıdığı dağıntılar, xüsusilə də Ağdam və Füzuli rayonlarının ötən 30 il ərzində total şəkildə dağıdılması və qarət olunması, mədəni irsin dəyişdirilməsi qınanılıb. Hesabatda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə səfər edən diplomatlar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə görə ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub. Abidələr vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb. Diqqət çəkilib ki, professional imzası “REZA” olan beynəlxalq jurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus yüzlərlə məzarlığın sistematik şəkildə dağıdılmasını sənədləşdirib. Departamentin hesabatında deyilib ki, qəbirlər murdarlanıb, bəzi hallarda məzarların qarət edilməsi məqsədilə dəliklər açılıb. Digər yerlərdə isə onların ağır tikinti texnikası ilə dağıdılmasına və ekshumasiyasına dair dəlillər görülüb: “Qəbir daşlarının metodik vandalizmi nəticəsində çox az sayda məzar toxunulmadan qalıb. Mərhumun üzünün əks olunduğu qəbir daşları çəkic və ya bənzər vasitələrlə dağıdılıb. Bundan başqa, azərbaycanlı qəbirlərinin qalıqları ekshumasiya edilib və qızıl dişləri çıxarılıb, kəllə və sümüklər ətrafa səpələnib və ya bəzi hallarda məzar tamamilə yox edilib”.
Siyasi şərhçi Tural İsmayılov “Şərq”ə bildirib ki, ABŞ Dövlət Departamentinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilən erməni vandalizminə dair məlumatları müstəsna əhəmiyyətə malikdir. Ekspert vurğulayıb ki, bugünədək bir çox məsələlərdə Departament haqsız və ədalətsiz mövqe sərgiləyib:
“Departament uzun müddət regionda insan hüquqları ilə bağlı məsələlərdə də Azərbaycana qarşı real faktlara əsaslanmayan, sübutu olmayan məqamları öz hesabatına daxil edib. Bu yanaşma Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi narazılıq yaradırdı. Lakin indi fərqli münasibət formalaşır. Şübhəsiz, Ermənistanın Azərbaycanın maddi mədəniyyət nümunələrinə, ekologiyasına vurduğu ziyanın həcmi kifayət qədər çoxdur. Belə məsələlərin ABŞ-ın Dövlət Departamentində yer alması da olduqca mühümdür. Ancaq yaxşı olar ki, Departament sadəcə Reza Deqatinin çəkdiklərinə əsasən deyil, ümumən Birinci və İkinci Qarabağ müharibələri zamanı ermənilərin törətdikləri bütün vəhşiliklərə qarşı kompleks mövqe ortaya qoysun. Ümid edirik, Departament növbəti hesabatlarında məsələyə daha ciddi və sistematik yanaşacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi