Ağdam və Şuşa nümunəsi
Turan
22:30 25.05.2021
Qarabağ
691
Rayonlarda icra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndə və ya vali təyin olunmalıdır
Xəbər verdiyimiz kimi dövlət başçısı İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Emin Hüseynov Ağdam rayonuna xüsusi nümayəndə təyin edilib. Məlumat üçün deyək ki, dövlət başçısı yanvarın 19-da işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. Qərara görə, bu mühüm vəzifələrə birbaşa Prezidentə tabe olan xüsusi nümayəndələr rəhbərlik edəcəklər. Bundan əvvəl Aydın Kərimov Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi təyin olunmuşdu. İşğaldan azad edilmiş digər rayonlarımıza da xüsusi nümayəndələrin təyin olunacağı deyilir.
Prezident tərəfindən bir sıra rayonlara xüsusi nümayəndələrin təyin olunması icra hakimiyyətləri ilə bağlı məsələni yenidən gündəmə gətirib. Bəzi ictimaiyyət nümayəndələri və deputatlar hesab edirlər ki, ümumiyyətlə, narazılıq doğuran yerli icra strukturları ləğv edilməli, xüsusi nümayəndəliklə əvəzlənməlidir. Təbii olaraq, bu iki strukturun qarışdırılmamasını, hər qurumun ayrıca missiyasının olduğunu vurğulayanlar da var.
Xüsusi nümayəndələrin təyin olunması və icra hakimiyyətləri ilə müqayisəsi ilə bağlı fikirlərini “Şərq”ə bölüşən siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət bildirib ki, icra başçılarının üzərinə düşən vəzifələr işğaldan azad edilmiş ərazilərin bərpasını ehtiva etmir. Ekspertin sözlərinə görə, icra başçısı normalda hər şeyin qaydasında olduğu, sabit bölgələrə rəhbərlik edir:
“Məsələn, hazırda Xaçmazın icra başçısı var və burada xüsusi nümayəndəyə ehtiyac yoxdur. Amma işğaldan azad edilmiş və büsbütün dağıdılmış ərazilərə əlavə vəzifəli şəxsin təyin edilməsi məntiqlidir. Ağdamın icra başçısı hər zamanki kimi gündəlik işlərlə məşğul olur. Həm rayonda, həm də ölkə boyu səpələnmiş ağdamlıların kompakt yaşadıqları ərazilərdə öz vəzifəsini icra edir və ümumən rayonun idarəetməsini həyata keçirir. Xüsusi nümayəndə Azərbaycanın müxtəlif bölgələrində yaşayan ağdamlılarla heç bir iş aparmır. Xüsusi nümayəndənin əsas işi Prezidentin xüsusi nümayəndəsi kimi işğaldan azad edilmiş rayonların bərpa və quruculuq prosesində birbaşa iştirak etməkdir. Ölkə başçısı şəxsən özü hər bir kəndin belə bərpa prosesinə birbaşa özü nəzarət edir. Təbiidir ki, bu nəzarəti həyata keçirmək üçün yerlərdə dövlət başçısının xüsusi nümayəndəsinin olması ağlabatandır”.
Ümumən icra hakimiyyətlərinin fəaliyyətindən narazı olan A.Həsrət bu təyinatlardan sonra Azərbaycanda yerli idarəetmə islahatlarına başlamağın zəruri olduğunu düşünür:
“Zamanla icra hakimiyyətləri ləğv edilməlidir. Türkiyədə olduğu kimi bizdə də valilər təyin oluna bilər. Yerlərdəki məsələləri icra hakimiyyətləri deyil, bələdiyyələr həll etməlidir. Əksər hallarda, ələlxüsus kəndlərdə müşahidə edirik ki, bələdiyyə öz səlahiyyəti çərçivəsində hansısa məsələni yerli səviyyədə həll etmək istəyir.
Məsələn, kiməsə torpaq ayırmaq, tikintiyə icazə vermək və s. məsələdə iş görməyə çalışır.
Lakin rayon icra hakimiyyəti heç bir səlahiyyəti olmadan prosesə müdaxilə edərək bələdiyyəni kənara itələyir. Çünki iş görmək, torpaq almaq istəyən vətəndaşdan rüvşət alır. Bələdiyyənin də səlahiyyəti olmadığı üçün küncə sıxışdırılmış vəziyyətdə qalır.
Artıq yerli özünüidarəni yüksək səviyyəyə qaldırmağın zamanıdır. İcra hakimiyyətləri ləğv olunmalıdır və Prezidentin xüsusi nümayəndələri fəaliyyətə başlamalıdır. İşğaldan azad edilmiş ərazilərə xüsusi nümayəndələrin təyin olunması yerli idarəetmədəki islahatların başlanğıcı sayıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə