"Bir neçə gün əvvəl Paşinyanın sərhəddə təxribatlar törədəcəyinə dair proqnoz vermişdim" - Politoloq
Şəymən Bayramova
15:05 12.07.2020
Qarabağ
1358
Ermənistan ordusu dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və erməni ordusu itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Təmas xəttindəki gərginliyi "Sherg.az" a şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın ordumuzun mövqelərinə artilleriya vasitəsilə hücuma keçməsi, əvvəlcədən hazırlanan planın bir hissəsidir:
"Qarabağ istiqamətində deyil, məhz dövlət sərhəddində bu cür təxribatlar etmək, Ermənistanın son illərdə əsas strateji xəttidir. Baş verənlər Azərbaycanın geosiyasi mövqelərinin güclənməsinin qarşısını almaq , Qərb sərhəddində Azərbaycanın boru kəmərlərinə təhdid yaratmaqdır. Bir neçə gün bundan əvvəl Ermənistanda daxili siyasi vəziyyətin gərginləşdiyi fonunda Paşinyanın sərhəddə təxribatlar törədəcəyinə dair proqnoz vermişdim. Bildiyiniz kimi, Paşinyanın daxildə siyasi vəziyyəti gərgindir, o belə bir təxribatlarla vəziyyəti cəbhə xəttinə yönəldir".
Politoloqun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin ötən həftə Minsk qrupu ilə bağlı qeydləri, müharibə mesajı verməsi, Yerevanda ciddi narahatlıqla qarşılandı.
Məhz bu səbəbdən ictimaiyyətin diqqətini mövzudan yayındırmaq istəyən Ermənistan atəşkəs rejimini Qarabağ istiqamətində deyil, məhz dövlət sərhəddinə yönəldir. Odur ki, beynəlxalq aləmin rəyindən asılı olmayaraq Azərbaycan ordusu bütün istiqamətlərdə düşmənə güclü zərbələr endirməlidir.
Son günlər Rusiya ilə Azərbaycan arasında yaşanan fikir ayrılıqlarına diqqət çəkən politoloq hesab edir ki, Müdafiə naziri Zakir Həsənov Aprel döyüşləri zamanı Rusiya müdafiə nazirinin telefonla zəng etməsini boşuna xatırlatmadı.
Ordumuzun cəbhə xəttində Ermənistan tərəfindən törədilən bütün təxribatların qarşısını almağa hazır olduğunu vurğulayan politoloq deyib ki, hər an dövlət sərhəddindəki atəşkəsin pozulmasına da hazır olmaq lazımdır. Görünür, Ermənistan məhz bu təxribatları məhz dövlət sərhəddində törətməklə Qarabağ məsələsini arxa fona keçirmək, eyni zamanda Rusiyanı proseslərə cəlb etməyi planlayır:
"Hazırkı döyüşlər Azərbaycan üçün unikal şansdır. Ordumuz Araz çayı boyunca hücuma keçərək, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı azad edərək, Ermənistanla sərhəddə çıxıb Ağdamı işğaldan azad edə bilər. Artıq, ox yaydan çıxıb. Naxçıvandan da Ermənistanın ordusuna zərbələr endirmək lazımdır.
Regionda geosiyasi vəziyyət gərgindi. Qəti şəkildə atəşkəsə getmək lazım deyil. Bu əleyhmizə işləyəcək. Onsuz da sülh danışıqları fiaskoya uğrayıb və artıq müharibənin başlanması qaçılmazdır.
Rusiya faktorundan çəkinmək lazım deyil. Türkiyə bizə mütləq kömək edəcək. Ötən ay Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Qarabağ məsələsində Azərbaycanın köməyinə hazır olduqlarını vurğulamışdı. Əminik ki, Rusiya müdaxilə edəcəyi təqdirdə Türkiyə öz hərbi bazasını ölkəmizdə yerləşdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm