Biz bu yoldan dönər olsaq...!
Banuçiçək Kalbalıyeva
17:06 16.07.2020
Qarabağ
953
“Cəbhənin bütün istiqamətlərində hücuma keçməli və tarixi ədaləti bərpa etməliyik”
Məşhur “Cənab leytenant” mahnısını, yəqin ki, çoxları eşdib. Şəmistan Əlizamanlının bəhs etdiyi barıt qoxulu o yollar digər şəhidlərimiz tək daha nə generel-mayor Polad Həşimovu, nə polkovnik İlqar Mirzəyevi, nə də başqa şəhidlərimizi qaytaracaq. Bir cüt ulduzlu, aylı paqonlar artıq onların çiyinlərində olmayacaq, zabit mundirləri geyinilməyəcək. Amma bu, xalqımızda ruh düşkünlüyü yaratmır, əksinə, əli silah tuta bilən hər kəs səfərbərlik istəyir, müharibə arzulayır. Biz Dağlıq Qarabağın mərkəzində üçrəngli Azərbaycan bayrağını dalğalandıranda şəhidlərimizin intiqamı alınacaq. Məlum olduğu kimi, qisas qiyamətə qalmaz. Heç vaxt qalmayıb da.
“Bizim hazırda Tovuzda olan qazi yoldaşlarımız var. Onlar da Müdafiə Nazirliyinin yaydığı informasiyanı təsdiqləyir və düşmənin layiqli cavabla susdurulduğunu deyirlər. Erməni tərəfi xeyli-bizdən dəfələrlə çox itki verib. Bu, bizim döyüşkənlik ruhumuzun nəticəsidir. Gənclərimizin yürüş keçirməsi, səfərbərlik istəmələri bizi sevindirir. Düzdür, az da olsa, təxribatçı qüvvələr var. Fəqət vətənpərvər, qeyrətli oğullarımızın sayı dəfələrlə artıqdır. Biz cəbhənin bütün istiqamətlərində hücuma keçməli və tarixi ədaləti bərpa etməliyik”.
A.Əliyev keçmiş döyüşçü kimi savaşa hazır olduğunu bildirib:
“Bu barədə artıq bəyanat vermişik. Əlbəttə, bizim düşməni yer üzündən silmək iqtidarında olan qeyrətli oğullarımız var. Yəni köməyimizə ehtiyacları yoxdur. Amma əsgərlərin yanında olmağımız, təcrübəmizi bölüşməyimiz, şübhəsiz, onlar üçün də stimuldur”.
Qarabağ qazisi budəfəki təxribatın Tovuzda törədilməsi məsələsinə də toxunub:
“Bunun səbəbini özləri bilirlər. Yadınızdadırsa, “Aprel döyüşləri”ndə ermənilər Dağlıq Qarabağdan hərəkətə keçmişdilər. Lakin arzuları ürəklərində qaldı. Bacarmadılar. Ola bilsin, bu dəfə də başqa yol seçmək istəyiblər. Xəbərləri yoxdur ki, Azərbaycanın hər qarışında o torpaq uğrunda canından keçməyə hazır olan oğulları var”.
“Etiraf etmək lazımdır ki, informasiya müharibəsində lazımi qədər fəal deyilik. Bunu nəzərə alaraq, ancaq rəsmi xəbərlərə inanmaq lazımdır. İndi siravi vətəndaşın ən başlıca vəzifəsi dezinformasiyanı həqiqətdən ayırmağı bacarmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə