Dünyanın diqqəti Qarabağa yönəldi: Erməni yalanları Münhendə ifşa olundu
Fidan Həmişəyeva
12:28 17.02.2020
Qarabağ
760
“Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə qarşı tərəfin düz gözünün içinə baxaraq, onların işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında bir daha sübut etmiş oldu”.
Bu fikirləri Sherg.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Azərbaycanın ədalətli mövqeyini nümayiş etdirən dövlət başçısının inamlı və faktlara əsaslanan çıxışı Ermənistanın baş nazirini çaş-baş saldı:
“Dövlət başçısı etnik təmizləmədən danışarkən, xüsusilə, Xocalı soyqırımı məsələsinə toxundu. Prezident çıxışında bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ictimaiyyəti tərəfindən tanındığını diqqətə çatdırdı. Panel müzakirələrdən əvvəl Ermənistanın baş naziri suallara cavab verərkən özü də etiraf edib ki, onun ölkəsi işğalçıdır”.
İ.Vəlizadənin sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkə rəhbərinin görüşündə aydın oldu ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi tanınmasına çalışmaq və bunu Azərbaycana qəbul etdirməkdir:
“Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs keçən Prezident İlham Əliyev əsaslı faktlarla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut etdi. Ölkə rəhbəri münaqişənin danışıqlar yolu ilə və mərhələli şəkildə həllinin tərəfdarı olduğunu vurğuladı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya