“Düşmənin Goranboy həmləsi boşa çıxdı” – Əsgərimiz ayıq-sayıqdır !
Fidan Həmişəyeva
12:11 28.08.2020
Qarabağ
1036
“Ordumuz vaxtında reaksiya verərək düşməni zərərsizləşdirib geri çəkilməyə məcbur etdi”
Düşmənin diversiya-kəşfiyyat qrupunun Goranboy rayonu istiqamətində təxribat törətmək cəhdi Ermənistanın işğalçılıq siyasətinin növbəti təzahürüdür. İşğalçı dövlət açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Bu da onların bəzi xarici havadarlarına arxalandığını təsdiqləyir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri bu təxribata da seyrçi mövqedə dayandı. Məhz bu seyrçiliklər ermənilərin daha böyük iddialar çıxış etmələrinə stimul verir.
Düşmənin Goranboydakı təxribatını “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli bildirib ki, ermənilərin bu təxribatının məqsədi 2016-cı ildə Goranboyda ağır məğlubiyyətə düçar olub itirdikləri mövqeni yenidən ələ keçirməkdir:
“Məlumdur ki, 2016-cı ildə Azərbaycan Ordusu Goranboy istiqamətindən Talış istiqamətinə kimi müvafiq mövqeləri düşməndən geri ala bildilər. Bu xətt boyunca olan ərazi Dağlıq Qarabağın ərazisinə daxil olan bölgələrdir.
Təbii ki, işğalçı ölkə niyyətinə çata bilmədi. Ordumuz vaxtında reaksiya verərək düşməni zərərsizləşdirib geri çəkilməyə məcbur etdi.
Həmçinin düşmənin diversiya qrupunun komandirini əsir götürdülər. Ordumuz hər zaman ayıq-sayıqdır.
Son təxribatda bunun bir daha şahidi olduq. Düşmən hər dəfə təxribatlar törədib nəsə əldə etməyə çalışsa da, cəhdləri boşa çıxır. Hər zaman da belə olacaq”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol