Ən ehtiyatlı zaman gəldi
Turan
07:20 20.05.2021
Qarabağ
653
Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın vasitəçilik təklifi ağır nəticələr verə bilər
"Buna ehtiyac yoxdur. Onsuz da Rusiya Qarabağdakı sülhməramlı missiyası fonunda proseslərdə aktiv iştirak edir"
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək, o cümlədən demarkasiya və delimitasiyanın keçirilməsini həyata keçirmək üçün tərəflərə vasitəçiliyini təklif edib. Bu haqda Rusiyanın Xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib. Lavrov qeyd edib ki, bu məqsədlə Moskva Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib:
“Rusiya komissiyanın işində vasitəçi və məsləhətçi qismində iştirak edə bilər”. Rusiya XİN başçısı əlavə edib ki, KTMT xarici işlər nazirlərinin qeyri-formal görüşündə ermənilərin “xahişinə” də baxılıb: “Bu xahiş əsasında biz İrəvanla Bakı arasında münasibətlərə dair situasiyanı da müzakirə etdik”.
Əksər ekspertlərin fikrincə, Rusiyanın vasitəçiliyi Azərbaycan üçün o qədər də faydalı deyil. Rusiya hərbçiləri Qarabağda separatçıları tərksilah etmədikləri kimi “İsgəndər-M” raketləri ilə bağlı müəmma da çözülməyib. Moskva müharibə günlərində Ermənistana silah və sursat daşındığını gizlətməyib. Belə bir dövlətin Azərbaycan-Ermənistan arasında hakim rolunda çıxış etməsi gözlənilən effekti verməyə bilər.
BAXCP sədrinin müşaviri Azər Qasımov “Şərq”ə bildirib ki, müharibədən sonra Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası labüddür. Analitikin sözlərinə görə, Moskva da bunun vacibliyinə diqqət çəkir:
“Rusiyanın komissiyanın yaradılması ilə bağlı təklifi ilk baxışda normal görünür. Amma Qaragöl məsələsindən sonra bu prosesin gedişatında erməni tərəfində narazılıq yaranıb və yersiz hay-küyə səbəb olub. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın seçkiqabağı bu cür hay-küyə ehtiyacı var idi. O, erməni cəmiyyətində “müharibə” xofu yaratmaqla özünə seçkidə dividend qazanmaq istəyir. Paşinyan erməni cəmiyyətinin müharibədən qorxduğunu yaxşı bilir. Hesab edir ki, Azərbaycan tərəfinin Qaragöl ətrafındakı yüksəklikləri nəzarətə götürməsi erməni cəmiyyətini revanşistlərdən uzaqlaşdıracaq və ona yaxınlaşdıracaq. Kremlin vasitəçilik təklifi isə hər zamankı kimi təhlükəli və çoxmənalı gedişlər güdülən hiyləgər təklifdir. Məncə, buna ehtiyac yoxdur. Onsuz da Rusiya Qarabağdakı sülhməramlı missiyası fonunda proseslərdə aktiv iştirak edir”.
Siyasi şərhçi bildirib ki, Rusiya bu coğrafiyada xırda problemin belə Moskvasız həll edilmə ehtimalının zəif olması fikrini formalaşdırmaq istəyir. Eyni zamanda tərəflər üzərində nəzarətinin olduğuna diqqət çəkir:
“Azərbaycan məsələni həll etməyə qadirdir. Sərhədlərin müəyyənləşməsində rəsmi Bakının heç bir qeyri-qanuni hərəkəti yoxdur. Biz sərhədlərimizi sovet dövrünün xəritələrində göstərildiyi formada delimitasiya və demarkasiya edirik. Ermənistanın və ermənilərin bütün hay-küyləri mənasız olmaqla yanaşı, hamısı qarşıdan gələn seçkiyə hesablanmış oyunlardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə