“Ermənistan özünü terror təşkilatı kimi aparır” - Vandalizm aktı !
Fidan Həmişəyeva
17:14 16.07.2020
Qarabağ
1214
“Çünki erməni əsgərlər dinc sakinlərimizə də atəş açırlar”
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətindəki atışmalarda düşmənin 100-ə yaxın canlı qüvvəsi, xeyli sayda hərbi texnikası məhv edilib. Amma Ermənistan hakimiyyəti ölənlərin sayını gizlədərək gözdən pərdə “asmağa” çalışır.
Ordumuzun qətiyyətli mübarizəsi, göstərdiyi şücaət cəmiyyətimizdə böyük ruh yüksəkliyi və döyüş əhval-ruhiyyəsi yaradıb. Xalqımız bir yumruq kimi birləşərək daim Ali Baş Komandanın yanındadır. Minlərlə vətəndaşın cənab Prezidentə müraciət edərək səfərbərlik istəməsi, torpaqlarımızı geri qaytarmaq yanğısı qürurverici haldır. Xalqımız birlik və həmrəylik göstərərək düşmən tapdağında olan ərazilərimizi azad etməkdə qətiyyətlidir.
Mövcud vəziyyəti “Sherg.az”a dəyərləndirən Culfa-Babək seçki dairəsindən olan millət vəkili Ülviyyə Həmzəyeva bildirib ki, bu gün Ermənistanın daxili siyasəti çox gərgin və biabırçı durumdadır.
Ermənistanda gərgin sosial-iqtisadi və demoqrafik vəziyyətin hökm sürdüyünü diqqətə çatdıran xanım parlamentari işğalçı ölkənin siyasi sisteminin də yarıtmaz olduğunu deyib:
“Məlumdur ki, Ermənistan vətəndaşlarının pandemiyadan qorunması ilə bağlı effektiv addımlar ata bilmədi. Ermənistan artıq beynəlxalq qurumlar qarşısında çox acınacaqlı vəziyyətdə qalıb. İctimaiyyətin diqqətini yayındırmaq üçün də məhz Tovuz istiqamətində təxribatlara əl atdı. Ordumuz düşmənin layiqli cavabını verib, geri oturtdu. Onların 100-dən çox əsgəri, eləcə də hərbi texnikası məhv edildi. Ağır döyüşlərdə biz də itki verdik. General-mayorumuz Polad Həşimov şəhid oldu. Həmçinin hərbiçlərimizi, əsgərlərimizi itirdik. Ermənistan özünü dövlət kimi yox terrorçu qurum kimi aparır. Çünki onlar yalnız hərbçilərimizə deyil, dinc sakinlərimizə də atəş açırlar. Bu, vandalizm aktıdır. Çox ağır dönəmdəyik. Amma Azərbaycanın müzəffər ordusu düşmənə layiqli cavab verir. Bakıda və bir çox rayonlarda böyük izdiham yaşandı. İnsanlar küçəyə çıxaraq dövlətimizə, ordumuza dəstək ifadə etdilər. Vətəndaşlarımız cənab Prezidentin ətrafında sıx birləşib. Qeyrətli oğul və qızlarımız meydanlara axın etdi. Onlar bir çox şüarlar səsləndirərək aksiya keçirdilər”.
Polislərimizin vətəndaşlarla birgə aksiyaya qoşulmasına diqqət çəkən parlament üzvü bunun qürurverici hal olduğunu vurğulayıb:
“Bir qrup insan təxribat törətmək üçün mənfi hallara yol verdi. Onlardan biri də Milli Məclisə edilən hücum idi. Lakin Azərbaycan çox güclü bir dövlətdir. Azərbaycan 1990-cı illərdəki kimi deyil. Bu gün qüdrətli ordumuz, müdrik dövlət başçımız var. Dövlətimizin qanunları hər bir məqamı tənzimləməyə qadirdir”.
Xanım parlamentari qeyd edib ki, bütün dünyaya Azərbaycanın yüksək döyüş əhval-ruhiyyəsində olduğunu sübut etdik:
“Cənab Prezidentimiz və Birinci vitse-Prezident xalqımızın yanındadır. Bunu ölkə başçısının şəhid ailələri ilə telefon danışıqlarından da açıq-aydın görə bilirik. Prezident hər bir vətəndaşın yanındadır. İnanıram ki, işğal olunmuş bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğanacaq. Həqiqətən də ağır günlər yaşayırıq. Lakin əminliklə deyirəm ki, Azərbaycan ordusu torpaqlarımızı azad etməyə qadirdir. Düşmənin törətdiyi təxribatla bağlı Milli Məclisin sədri Sahibə xanım Qafarova da bir çox beynəlxalq təşkilatlara məktub ünvanladı. Artıq bir çox beynəlxalq qurum başa düşür ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan çirkin əməllərindən əl çəkmir. İşğalçı ölkə heç bir təşkilatdan gözlədiyi dəstəyi ala bilmədi. Çünki hər kəs bilir ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu mənada inanıram ki, torpaqlarımızı işğldan azad edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya