Fərid Mustafayev: “Torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq”
09:03 25.07.2020
Qarabağ
752
İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosassiyasının (ACAE) prezidenti Fərid Mustafayev yaşadığı ölkənin nüfuzlu COPE radiosuna Ermənistan-Azərbaycan münaqişəsi və sərhəddə yaranmış son vəziyyət haqqında danışıb.
"Sherg.az" xəbər verir ki, bu barədə “Xalq cəbhəsi”nə ACAE-dən məlumat verilib.
İspaniyanın Cope radiostansiyasının aparıcısı, Fərid Mustafayevlə söhbətə başlayarkən bunları deyib:
- Neçə illərdir burda (İspaniyada) fəaliyyət göstərirsiz. İdmançı olduğunuzu bilirik. Məşqçi kimi fəaliyyət göstərmisiniz, tələbələriniz dəfələrlə İspaniya çempionu olublar, Avropa çempionatlarında mükafatlar qazanıblar…
- Bəli mən uzun illərdi güləşlə məşğul oluram. Öz bildiklərimi buradakı güləşçilərlə də bölüşmək istədim və burada xeyli güləşçinin çempion olmasına nail oldum. İdmanla məşğul ola-ola həm də biznes sahəsində fəaliyyətə başladım, Azərbaycan İspaniya Mədəniyyət və Ticarət Assossasiyasını yaratdım ki, iki ölkə arasında ticarət və mədəniyyət əlaqələrinin daha da gücləndirək.
- Bu gün Azərbaycan-Ermənistan cəbhəsində baş verənlər sizi nə dərəcədə narahat edir?
- Azərbaycan haqq yolundadır və öz torpaqlarını tələb edir. Biz 30 ildir ki, bu haqsızlıqla üz-üzəyik, dözürük. Artıq buna dözmək fikrimiz yoxdur. Çünki Ermənistan heç bir beynəlxalq razılaşmaya əməl etməyib. BMT-nin işğalçı Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı 4 qətnaməsi var bunların heç birinə riayət olunmuyub. Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribat göstərir ki, onlar öz işğalçı və terrorçu əməllərindən əl çəkməyiblər. Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan vətəndaşları şəhid olublar.
- Azərbaycan cəmiyyəti baş verənlərlə bağlı nə düşünür və hansı addımları atmaq istəyir?
- Azərbaycan xalqı artıq qalxıb ayağa və torpaqlarımızı erməni terrorçularından azad etmək niyyətindədir. Ali baş komandanımızın əmrini gözləyirik. Bütün Azərbaycanlılar müharibəyə hazırdır. Bütün Azərbaycan xalqı bu gün həmrəydir və ölkə başçısı ilham Əliyevin yanındadır. Biz müharibə istəmirik. Lakin lazım gələrsə torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə