“Fransalı deputatlar beynəlxalq hüquq normalarını kobud şəkildə pozublar” – Millət vəkili
Fidan Həmişəyeva
08:06 16.09.2019
Qarabağ
1270
Xəbər verdiyimiz kimi, ötən həftə Fransa parlamentinin bir qrup üzvü Azərbaycanın işğal olunmuş ərazisinə- Dağlıq Qarabağ bölgəsinə səfər edib. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması səfərlə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, fransalı deputatların işğal altında olan torpaqlarımıza səfəri qanunsuzdur:
“Fransa Parlamentinin üzvləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək, cinayətkar işğalçı rejimin “nümayəndələri” ilə görüşlər keçirib. Həmçinin bir sıra “tədbirlər”də iştirak ediblər.
Fransa Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır. Səfər vasitəçiliyi həyata keçirən ölkənin tutduğu mövqeyə uyğun gəlmir”.
Müxtəlif zamanlarda işğal edilmiş torpaqlarımıza bu cür səfərlərin şahidi olmuşuq. Tərəfimizdən dəfələrlə bəyənatlar səsləndirilsə də, qanunsuz və təxribat xarakterli səfərlər bitmək bilmir. Maraqlıdır, fransalı deputatların Dağlıq Qarabağ səfərində məqsəd nədir?
Qanunsuz səfərlə bağlı “Sherg.az”a danışan millət vəkili Asim Mollazadə bildirib ki, fransalı deputatların işğal olunmuş ərazilərimizə səfəri beynəlxalq hüquq normalarının kobud surətdə pozulması deməkdir.
Deputat qeyd edib ki, bu səfər Fransanın özünün ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi mövqeyinə ziddir:
“Düşünürəm ki, bu hadisənin arxasında Avropada mövcud olan siyasi korrupsiya dayanır. Çünki deputatların səfəri Fransada çox zəngin erməni diasporasının onları ələ almağı ilə bağlıdır. Bu siyasi korrupsiya özü-özlüyündə Fransanın imicinə ləkədir. Fikrimcə, Fransada müvafiq bir araşdırma aparılmalıdır ki, onlar deputat etikasının korrupsioner deputatlar tərəfindən pozulduğunun şahidi olsunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi