Kəlbəcərə gələn məst olacaq
Yusif Nəzərli
22:32 31.05.2022
Qarabağ
609
Baş planın hazırlanmasında İsveç şirkəti çalışır
Rayon başdan-ayağa dağ turizminin üzərində köklənəcək
İndi dünya internet üzərindən çalışır. Biz də bütün lazımi məlumatları paylaşmalı və yaymalıyıq
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Kəlbəcərə gedib. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatın təmsilçisi 80-dən çox diplomat və hərbi attaşe iştirak edib. Səfərdə iştirak etmiş Ukrayna səfirinin açıqlaması isə diqqətçəkən olub. "Kəlbəcər gözəl, dağ turizminin inkişafı baxımından perspektivli məkandır". Bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Kəlbəcər rayonuna səfəri zamanı bildirib.
Səfir qeyd edib ki, ötən il Ağdama səfəri zamanı quruculuq işlərinin necə sürətlə aparıldığının şahidi olub. İndi də Kəlbəcərdə eyni vəziyyəti görür: “Burada da işlərin necə aparıldığını gördükdən sonra aydın olur ki, tezliklə Kəlbəcər bərpa ediləcək”.
Kəlbəcərin bu dünyanın cənnəti olması, əlbəttə, sirr deyil. Kəlbəcəri bizə hansısa ölkənin səfiri, ya da atteşesi tanıdası deyil. Amma səfirin məhz dağ turizminin inkişafına diqqət çəkməsi səbəbsiz deyil. Kəlbəcərin başı buludları döyən dağları, sıldırım qayaları, gur şəlalələri təbii ki, dağ turizmi və ümumiyyətlə turizm üçün çox əlverişlidir.
Lakin bu dilbər məkanda dağ turizmi hansı istiqamətdə, necə inkişaf etdirilsə, daha münasib olar, bunu yəqin ki, dövlətimiz də yüz-ölçüb, bir biçir, yerli əhalinin də təklifləri gözdən keçirilir. Məsələ ilə bağlı “Şərq”ə danışan əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan yazıçı-publisist, jurnalist dostumuz Elxan Salahov Kəlbəcərdə “Şahdağ” turizm kompleksinə bənzər turizm məkanının yaradılması təklifinin səsləndirildiyini bildirdi:
- “Şahdağ” turizm kompleksi kimi bir kompleksin Kəlbəcər ərazisində də yaradılıması təklif olunub. Kəlbəcər-İstisu yolu üzərində kompleks tikmək olar. Xüsusən də, Dəlidağın ətəyində, Tutquçay dərəsi ərazisində. Orda Kəlbəcər-Laçın istiqamətində tunel keçir. Bu, köhnə tuneldi.
Yeni salınan Kəlbəcər-Laçın yolunun Dəlidağ ətəyindən, məhz başlıbel ərazisindən keçməsi nəzərdə tutulur.
Bilirsiz ki, Laçının Qorçu kəndi yaxınlığında beynəlxalq aeroport tikilir. Cənab Prezident və birinci xanım Mehriban Əliyeva ötən il aeroportun təməlini qoydular. Bütün bu işlər həm də ərazilərin turizm potensialının genişləndirilməsi məqsədi daşıyır. Cənab Prezident dünya şöhrətli İstisu sanatoriyasının yenidən tikilməsinə göstəriş verib, orada yeni otel də tikiləcək. Kəlbəcərdə dağ şəlalələri çoxdur. İstər Tərtər çayında, istərsə də Tutquçayda. Amma Tutquçayda daha çoxdur. Bura ekstrim turizmi üçün, məsələn, rafting üçün də əla imkan yaradır.
Zülfüqarlı kəndi yaxınlığında müalicəvi sular var. Bizim təklif etdiyimiz yol marşrutu Kəlbəcər-İstisu-Qaraçanlı-Başlıbel-Laçın istiqamətidir. Bu marşrut turistlərin marağına səbəb ola bilər. Ümumiyyətlə, Kəlbəcərin Baş Planı üzərində hazırda iş gedir. Dağ turizmi üçün imkanların yaradılması Baş Planda nə qədər nəzərdə tutulur, bizim təkliflərimiz nə qədər nəzərə alınacaq, indi söyləmək çətindir, amma inanırıq ki, dövlətimiz, xalqımız, kəlbəcərlilər üçün ən yaxşısı, ən uyğunu seçiləcək.
Ən əsası bunu deyim ki, Kəlbəcərin Baş Planının hazırlanmasında İsveç şirkəti iştirak edir. Məlumdur ki, İsveç turizm ölkəsi və turizm iqtisadiyyatı üzərində köklənmiş ölkədir. Kəlbəcər də turizm iqtisadiyyatı üzərində köklənəcək. Kəlbəcər elə bir məkandır ki, burada turizmin bir çox sahələrini inkişaf etdirmək və gəlir əldə etmək mümkündür. İstər müalicəvi, şəfalı bulaqları baxımından, istər tarixi abidələri, etnoqrafiyası, qalaları, mağaraları baxımından.
Bu cür kaloritli məkanlara həmişə böyük maraq olur və turistlər səyahət üçün məhz belə yerləri seçirlər. Amma, əlbəttə ki, ərazinin tanıdılması, haqqında məlumatların paylaşılması öz yerində. İndi dünya internet üzərindən çalışır. Biz də bütün lazımi məlumatları paylaşmalı və yaymalıyıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi