Krneviç: “Mişelin bəyanatı Qarabağ ermənilərinin separatçı ümidlərinin puça çıxmasından xəbər verir”
Yusif Nəzərli
08:21 17.05.2023
Qarabağ
1241
“Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin mayın 14-də Brüsseldə baş tutan görüşdən sonra verdiyi bəyanat Qarabağ ermənilərinin və onların havadarlarının separatçı ümidlərinin puça çıxmasından xəbər verir”.
Bunu "Report"a açıqlamasında ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.
Azərbaycanın 2022-ci ilin fevralında irəli sürdüyü və gələcək sülh sazişinin əsaslanmalı olduğu beş əsas prinsip danışıqların əsası predmeti olmaqda davam edir.
"Bəyanatda qeyd olunub ki, Əliyev və Paşinyan 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini təsdiqləyiblər. Bəyanatda hər iki ölkənin ərazisinin neçə kvadrat kilometr olmasının göstərilməsi Ermənistanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması deməkdir. Bu isə açıq şəkildə Qarabağ ermənilərinin və onların havadarlarının separatçı ümidlərinin puça çıxmasından xəbər verir”, - o bildirib.
Politoloqun fikrincə, Şarl Mişelin bəyanatının Zəngəzur dəhlizi ilə bağlı bəndi çox ümidvericidir.
"Sənəddə hələ tamamlanmalı olan bəzi məsələlər var ki, bura gömrük razılaşmaları və tikinti işlərinin konkret qrafiki də daxidir. Amma sənəddə qeyd olunur ki, Əliyev və Paşinyan müvafiq qruplara bunu həyata keçirmək üçün göstəriş verməyə razılaşıblar. Bu o deməkdir ki, Mişel, onun komandası və hətta amerikalılar sülh prosesində real tərəqqiyə nail olmaq üçün Ermənistanın öz öhdəliklərindən geri addım atmamasına təkid edəcəklər”, - Krneviç bildirib.
Politoloq bəyanatda Laçın yolunun xatırlanmamasını xüsusilə vurğulayıb.
"Düşünürəm ki, burada hər şey ayındındır: Ermənistanı Qarabağla heç nə bağlamır. İkincisi, Mişelin bəyanatında nə sərhədlərin delimitasiyası, nə də Qarabağın erməni əhalisi kontekstində yerlərdə hər hansı yeni xarici müşahidəçi missiyası ilə bağlı heç nə deyilmir”, - ekspert əlavə edib.
D.Krneviç hesab edir ki, Azərbaycan tərəfindən Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin hazırlanması səmərəli standartdır və Aİ bu təşəbbüsü təşviq edir.
"Düşünürəm ki, bütün bunlar sülhün heç vaxt bu qədər yaxın olmadığını deməyə əsas verir. Ancaq yenə də çox şeylər baş verə bilər. Nazirlərin Moskvada keçiriləcək görüşü növbəti addımdır. Ola bilsin ki, Brüssel və ABŞ da başqa görüşlər təşkil etsin, amma ümumilikdə tendensiya müsbətdir”, - Damian Krneviç yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya