“Ordumuz şəhidlərimizin qisasını alıb, yenə də alacaq”
Şəymən Bayramova
15:55 13.07.2020
Qarabağ
830
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Prezident öz çıxışında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın növbəti hərbi təxribatına toxunub. Dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatların mütəmadi xarakter aldığını qeyd edən ölkə başçısı son bir neçə ay ərzində törədilən hərbi təxribatlar nəticəsində hərbçi və mülki şəxslərimizin həlak olduğunu deyib.
Təhlükəsizlik Şurasının iclasında dövlət başçısının toxunduğu məsələrlə bağlı "Sherg.az"a açıqlama verən millət vəkili Sədaqət Vəliyevanın sözlərinə görə, Ermənistan daxilində hansısa gərginlik və xaos olduqda düşmən ölkənin rəhbərliyinin tapşırığı ilə cəbhədə və sərhəddə təxribatlar törədilir:
"İyulun 12- də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribat nəticəsində həlak olan şəhidlərimizin ailələrinə, xalqımıza başsağlığı verirəm, yaralılarımıza isə tezliklə sağalmağı arzu edirəm. Amma şəhidlərimizin ailələri və xalqımız bilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz onların qisasını çox ağır formada alıb, yenə də alacaq”.
Ermənistan rəhbərliyinin yarıtmaz siyasətinin daxildə böyük narazılıq yaratdığını vurğulayan deputat son bir neçə həftə ərzində müxalifətlə Paşinyan arasında güclü qarşıdurmaların yaşandığına diqqət çəkib. Ölkə başçısının da qeyd etdiyi kimi Ermənilərin ümidlərini doğrulda bilməyən Paşinyan hakimiyyəti xalqla ciddi qarşıdurma həddindədir:
" Bu çirkin və məkirli siyasət Ermənistanı uçuruma aparacaq. Ermənistanın yeritdiyi siyasət olduqca ziddiyyətlidir və məntiqlə izah etmək mümkün deyil. Onu da deyim ki, Prezident İlham Əliyevin hər beynəlxalq tədbirdə Paşinyanı və Ermənistanın dövlət siyasətini faktlarla ifşa etməsi erməni cəmiyyətində ciddi narazılıqlar yaradır. Ermənistanın ifşa olunmuş, faşist ideologiyasını dövlət siyasətinə çevirmiş ölkə kimi imici qazanması Paşinyana olan ictimai etimadı çox sürətlə məhv edir.
Həmşinin Azərbaycanın pandemiya dövründə beynəlxalq miqyasda diqqət mərkəzinə gəlməsi, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi, dünyanın rəğbətini qazanması Ermənistan rəhbərliyində paxıllıq hissləri yaradır. Bütün bu səbəblərdə də Ermənistan təxribatlara əl atır, sərhəddə münaqişə törədir. Bununla da həm erməni ictimaiyyətinin diqqətini yayındırmağa, həm də Azərbaycanın uğurlarına, nailiyyətlərinə kölgə salmağa cəhd edir".
Millət vəkili hesab edir ki, BMT, ATƏT, AŞPA kimi təşkilatlar ikilistandartları kənara qoyub Ermənistanın işğalçı mahiyyətinə uyğun davranmalı Ermənistan silahlı qüvvələrinin təxribatına beynəlxalq təşkilatlar siyasi və hüquqi qiymət verməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm