Qarabağ! - İsveçli səyahətçi: “Belə dağıntıları heç yerdə görməmişəm”
Yusif Nəzərli
11:09 13.05.2023
Qarabağ
1074
“Qarabağın dağları İsveçi xatırladır”.
“Report”un Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qarabağda səfərdə olan isveçli səyahətçi Andreas Frik (Andreas Frick) jurnalistlərə açıqlamasında deyib.
“Düz İranla sərhəddə, Azərbaycanı bu ölkə ilə birləşdirən Xudafərin körpüsünün yaxınlığında olmaq çox maraqlıdır. Mən körpünün o tayında, İranda həyatın necə olduğunu görmək istərdim”, - o bildirib.
Səyahətçi Qarabağın böyük turizm potensialına malik olduğunu söyləyib.
“Mən 100 ölkəyə səfər etmişəm. Bir çox yerlərdə, münaqişə zonalarında xarabalıqları görmüşəm. Məsələn, Srebrenitsa hadisələrinin baş verdiyi Bosniya və Herseqovinada olmuşam. Amma belə dağıntıları heç yerdə görməmişəm. Burada daş üstə daş qalmayıb”, - o deyib.
Xatırladaq ki, “Club 100”ün İdarə Heyətinin üzvü Bengt Hildebrandın rəhbərlik etdiyi səyahətçilər qrupu Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub.
Bu gün başa çatacaq üçgünlük səfər çərçivəsində səyahətçilər Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarına baş çəkiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya