Qarabağ qazisi müjdəni verdi:“Qələbə xəbərləri eşitməyimizə az qalıb”
Banuçiçək Kalbalıyeva
16:34 16.07.2020
Qarabağ
1110
“Ermənilərin itkisi bizimkindən qat-qat çoxdur. Bunu tam səmimiyyətimlə deyirəm”
“Sadəcə nəzərə almaq lazımdır ki, neytral zonada da öldürülən xeyli erməni var”
Ordumuz Tovuzda erməni təxribatının qarşısını layiqincə alır. Düşməni cavab atəşi ilə susdurur. Şəhidlərimizin qisası yerdə qalmır. Bir hərbçimizin qarşılığında on düşmən zərərsizləşdirilir.
Amma erməni xisləti yenə də özünü göstərir. Qarşı tərəf itkilərini gizlətməkdən ötrü bütün imkanlarından istifadə edir. Fakt isə dəyişmir...
Qarabağ qazisi Rey Kərimoğlu da “Sherg.az”a açıqlamasında bildirib ki, düşmənin itkisinin olduğundan az görünməsi iki səbəblə bağlıdır:
“Ermənilərin itkisi bizimkindən qat-qat çoxdur. Bunu tam səmimiyyətimlə deyirəm. Sadəcə nəzərə almaq lazımdır ki, neytral zonada da öldürülən xeyli erməni var. Ona görə onların adlarını açıqlamaq çətin olur. İkinci bir tərəfdən isə düşmən tərəfində əlinə silah alıb döyüşənlərin heç də hamısı 18-20 yaşlı, yerli əsgərlər deyillər. Onların əksəriyyəti muzdla, müqavilə yolu ilə döyüşənlər, müddətdən artıq hərbi xidmətçilərdir.
Amma Müdafiə Nazirliyi bu kateqoriyadan olanların kimliyini demir. Yalnız tək-tük, daha üzdə olan hərbçilərin ölüm xəbəri açıqlanır. Buna baxmayaraq, əminliklə deyirəm ki, bir müddət sonra ermənilərin bütün itkiləri ortaya çıxacaq”.
R.Kərimoğlu, həmçinin ordumuza inamını da ifadə edib:
“Hər şey rəsmi xəbərlərdə göstərildiyi kimidir. Düşmən bir qarış belə, Azərbaycan torpağına ayaq basa bilməyib. Əksinə, həmişə olduğu kimi yenə də layiqli cavabını alıb.
Düşünürəm ki, bütün cəbhə boyu hərəkətə keçmək lazımdır. Ali Baş Komandandan hücum əmri gözləyirik. Qələbə xəbərləri eşitməyimizə az qalıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm