Qarabağda ASALA-ya aid elementlər üzə çıxır
Turan
06:51 18.05.2021
Qarabağ
871
Akif Nağı: "Aşkarladığımız sübutları maksimum ictimailəşdirmək, dünyaya çıxartmaq lazımdır"
İşğaldan azad edilmiş Suqovuşan yüksəkliklərində ərazini minalardan təmizləyən hərbçilər Ermənistan silahlılarının saxlanc yerini aşkarlayıblar. Minalanmış ərazidə basdırılmış iki plastik çəlləkdə avtomat, pulemyot, qumbaraatan, ərzaq məhsulları, siqaretlər, səssiz atəş cihazları, rabitə və optik müşahidə cihazları, GPS naviqatoru, zirehli jilet və müxtəlif məqsədli patron qutular tapılıb. Kamuflyaj toru ilə örtülmüş anbardakı çəlləklərdə ASALA terror təşkilatının bayrağı və müəyyən miqdarda psixotrop həblər də aşkarlanıb.
Faktla əlaqədar istintaq başladılıb və tapıntılar ekspertizaya göndərilib. ASALA, PKK və digər terror təşkilatlarının uzun müddət işğal altında qalmış Qarabağda kök salması, torpaqlarımızda məşq-təlimlər keçməsi, terror planları hazırlaması barədə dəfələrlə məsələ qaldırılmış, beynəlxalq qurumlara şikayət edilmişdi.
Əfsuslar olsun ki, Qərb ölkələri hər zaman erməni terroruna göz yummuş, bunu isbatlyan tutarlı dəlil-sübut olmadığını iddia etmişdilər. Axtarış nəticəsində üzə çıxan izlər erməni terrorçularının məqsədyönlü şəkildə Qarabağda yerləşdirildiyindən xəbər verir.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Şərq”ə açıqlamasında bildirib ki, düşməndən azad olunmuş torpaqlarımızda aşkarlanan terrorçu yuvaları bir daha sübut edir ki, Ermənistan və onun havadarları genişmiqyaslı işğal planlayırmış. QAT rəhbərinin sözlərinə görə, Qarabağda ASALA-ya aid elementlərin üzə çıxması, psixotrop maddələrin aşkarlanması kifayət qədər ciddi dəlil-sübutlardır:
“Düşmənlər bizə qarşı hər cür vasitədən istifadə edib. Terrorçuları ərazilərimizə yerləşdirmək bunun tərkib hissəsidir. Psixotrop maddələrdən həm terror şəbəkəsinin üzvləri, həm də muzdlu döyüşçülər istifadə edir.
ASALA dünya tərəfindən terror təşkilatı kimi qəbul olunur. Dünya ictimaiyyəti də bilsin ki, ermənilərin bizə qarşı irəli sürdükləri ittihamların hamısı uydurmadır. Çünki öz iddialarını təsdiqləyən bir dənə olsun arqumentə sahib deyillər. Amma bizim əlimizdə xeyli fakt, sübut var.
Aşkarladığımız sübutları maksimum ictimailəşdirmək, dünyaya çıxartmaq lazımdır ki, terrorçulardan və muzdlu döyüşçülərdən istifadə edən tərəfin Ermənistan olduğunu hamı görsün”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət