“...Qarabağı işğaldan azad edə bilərik”- Aqil Abbas yolu göstərdi
Banuçiçək Kalbalıyeva
11:01 08.07.2020
Qarabağ
1419
“Yalnız ATƏT-dən canımızı qurtardığımız təqdirdə bu baş verə bilər”
“Belə davam etsə, biz bu təsisatla münasibətlərimizi kəsəcəyik”
Xəbər verdiyimiz kimi, bir müddət öncə dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Prezident nitqində bəzi vacib məsələlərə toxunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən danışıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan başqa, daha konkret addımlar gözləyir.
Prezident Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasının əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst etdiyini, əhəmiyyətsizləşdirdiyini vurğulayıb. ATƏT Minsk Qrupunun bu ifadəyə səssiz qalması isə haqsızlıqdır.
Sözügedən qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret münasibətini “Sherg.az”a şərh edən yazıçı, millət vəkili Aqil Abbasın fikrincə, biz ATƏT-lə münasibətlərimizə son qoymalıyıq:
“Dövlət başçımız dəfələrlə bu mövzuya toxunub və ATƏT-in yarıtmaz vəziyyətindən söz açıb. Belə davam etsə, biz bu təsisatla münasibətlərimizi kəsəcəyik. Ümumiyyətlə, ancaq ATƏT-dən canımızı qurtardığımız təqdirdə, Qarabağı işğaldan azad edə bilərik”.
A.Abbas dövlət başçısının uğurlu siyasətindən də söz açıb: “Cənab prezidentin bu müsahibəsi həm də hesabat idi. O, baş verənlər və gələcək planlar haqqında xalqa hesabat verdi. Mən hazırda Qarabağdayam. Seçicilərimlə görüşə gəlmişəm. Burada hamı Prezidentin siyasətini dəstəkləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm