Revanşistlər Laçın şəhərini təhvil vermək istəmir - YENİ PLAN
10:16 19.06.2022
Qarabağ
585
“Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycana təhvil verilməsinə qarşı planlar hazırlayır”.
Bu barədə “Sherg.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, “Azadlıq hərəkatı” adlı radikal təşkilatın həmtəsisçisi Nairi Oxikyan deyib ki, onların üzvləri Laçının “müdafiəsi”ndə fəal iştirak edir və şəhərin təhvil verilməsinin qarşısını alacaqlar:
“Bunu necə edəcəklərinin detallarını açıqlamaq istəmir. Əlavə edir ki, müxtəlif aksiyaların təşkili ilə Laçının təhvil verilməsini müəyyən müddətə təxirə salmağı düşünürlər. Hesab etmək olar ki, erməni revanşistlər Oxikyanın dediyi kimi müxtəlif aksiyalarla Paşinyana təzyiq etmək, onu üçtərəfli razılaşmanın 6-cı bəndini pozmağa məcbur etmək istəyirlər. Lakin açıqlamada iki məqam təxribatın Laçında ola biləcəyi versiyasını ön plana çıxarır. Birincisi, Oxikyan hərəkatın üzvlərinin Laçının “müdafiəsində” fəal iştirak etdiyini deyir. İkincisi, o, atacaqları addımların detallarını açıqlamaqdan imtina edir. Mümkündür ki, erməni təxribatçılar Laçının hazırda rus sülhməramlılarının nəzarətində olan bölgələrində silahlı dəstələr yaradıb və alternativ marşrutun istifadəyə verilməsindən sonra hərəkətə keçəcəklər. Bu prosesdə Rusiyanın da mümkün maraqları var. Ermənistan tərəfinin məlumatları yeni marşrutun daha əlverişsiz olduğu yönündədir. Bu, ruslara sərf etmir. Çünki yeni yol ermənilərin Qarabağa gediş-gəlişini çətinləşdirə, əhalinin bölgədə qalmaq perspektivini daha da azalda bilər”.
Ekspert vurğulayıb ki, Bakı “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” tələbini yeni marşrutun istifadəyə verilməsindən sonra aktuallaşdıra bilər:
“Moskva Laçın şəhərinin Azərbaycana təhvil verilməsi məsələsini “üçtərəfli razılaşmalarda irəliləyişlər”dən biri kimi Bakıya qarşı kart kimi istifadə etməyi planlaşdırır. İstisna deyil ki, bu kartı hələki əlindən çıxarmaq niyyətində deyil. “Azadlıq hərəkatı”nın üzvlərinin Laçının “müdafiəsi”ndə iştirakı” doğrudursa, bunun rus sülhməramlılarının icazəsi olmadan etmədikləri də bəllidir. Paşinyanın da burada öz oyununun olması ehtimalı nəzərdən qaçmamalıdır. Rəsmi İrəvanın “Azadlıq hərəkatı”ndan ikinci “Sasna srer” hadisəsi düzəldə bilməsi mümkün versiyalardan biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi