“Rusiya və Fransanın fikri bizi tam qane etmir” – İlginc açıqlama !
Banuçiçək Kalbalıyeva
14:14 14.07.2020
Qarabağ
1436
“Çünki mesajın ünvanı məlum deyil”
“Lakin təkrar edirəm ki, ən azından konkretdir. ATƏT-in Minsk Qrupu isə mücərrəd danışır”
“Minsk Qrupunu fakt qarşısında qoymalı, ədalətli davranmağa vadar etməliyik”
Mənfur düşmənlər təxribat törətməklə kifayətlənmirlər. Onlar öz əməlləri ilə qorxaqlığın, namərdliyin pik həddinə çatıblar. Belə ki, artıq mülki əhaliyə atəş açılır. Hətta dinc sakinlər arasında ölənlər də var. Tovuz rayonun Ağdam kəndinin sakini 1944 təvəllüdlü Əziz Əzizov da erməni gülləsinin qurbanı olub.
Beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk Qrupu isə hələ də, necə deyərlər, “fil qulağında yatır” və deyəsən. Əks halda çoxdan reaksiya verməli idi.
Millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov“Sherg.az”a açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupu mövqeyini konkretləşdirməlidir:
“Hazırda yoldayam, Qazaxa gedirəm. Əlbəttə, beynəlxalq qurumların mövqeyi ədalətli deyil. Minsk Qrupu danışır, amma mənasız və əhəmiyyətsiz. Sülh haqqında mücərrəd sözlər deyə-deyə vəziyyəti bu həddə çatdırıblar. Tam səmimi deyirəm, ATƏT son vaxtlar işğalçı qüvvələrin əlində alətə çevrilib. Bu qurum iyirmi ildən çoxdur, ağa qara, qaraya ağ deyir.
Həmsədrlər qoy, gücsüz ölkəyə vasitəçilik etsinlər, bizə vasitəçilik edib nəyə nail olmaq istəyirlər?! Torpaq onsuz da bizim torpaqlarımızdır. Minsk Qrupu mövqeyini konkretləşdirməlidir. Ya birdəfəlik “bacarmıram” deyib işi bacarana təhvil verməli, ya da formatı dəyişməlidir”.
S.Seyidov, həmçinin Minsk Qrupunun yanaşmasının kökündən məntiqsiz olduğunu qeyd edib:
“Bu qurum deyir ki, müharibə olsun, bitsin, ölən ölsün, qalan qalsın, biz sonra gəlib məsələni araşdıraq. Axı belə olmalı deyil. Onda Minsk Qrupu necə sülh carçısı kimi çıxış edə bilər?!
Hansı haqla?! Qəribədir, Minsk Qrupuna daxil olan ölkələr daha konkret danışırlar, nəinki həmsədrlər. Rusiya, Fransa ən azından atəşi dayandırmağı söyləyiblər. Düzdür, onların fikri bizi tam qane etmir.
Çünki mesajın ünvanı məlum deyil. Lakin təkrar edirəm ki, ən azından konkretdir. ATƏT-in Minsk Qrupu isə mücərrəd danışır. Döyüşlər bitəndən sonra gəlib yeyib-içib getmək istəyir. Belə olmalı deyil. Biz Minsk Qrupunu qəti, konkret addımlar atması üçün məcburiyyət qarşısında qoymalıyıq.
Çünki cavan oğullarımız şəhid olurlar. Dağlıq Qarabağda erməni qəbiristanlıqları əmələ gəlir. Bir azdan bu fakta istinad edərək Dağlıq Qarabağın onların tarixi torpaqları olduqlarını deyəcəklər. Deməli, biz Minsk Qrupunu fakt qarşısında qoymalı, ədalətli davranmağa vadar etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm