Şuşa tüstüsüz və dumansız olacaq
Turan
21:33 25.05.2021
Qarabağ
538
Millət vəkili Musa Quliyev bu şəhərdə siqaret çəkilməməsini qanuniləşdirməyə çağırıb
Deputatlar parlamentdə Şuşa ilə bağlı qanuna dair təkliflərini səsləndiriblər. Millət vəkili Azay Quliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, bu qanunu qəbul etməklə sadəcə Qarabağın deyil, Şuşanın bütün Qafqazda önəmi göstərilir. O bildirib ki, qanunu qəbul etməklə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın möhtəşəmliyi göstərilir: “Bu, Ermənistanın revanşist siyasətçilərinə növbəti mesajdır”.
Deputat Tural Gəncəliyev bildirib ki, 29 il sonra dədə-baba yurduna qayıtmaq onun üçün çox qürurverici idi: “Şuşada oxuduğum musiqi məktəbinin, yaşadığım yerlərin darmadağın edilməsini gördüm. Bu şəhəri işğal etməklə bizim ruhumuzu sındırmaq istədilər. Lakin alınmadı. Şuşa şəhəri nəinki Azərbaycanın, dünyanın ən gözəl mədəniyyət paytaxtlarından biri olacaq”.
Deputat Fazil Mustafa isə qeyd edib ki, Şuşa Dövlət Qoruğu ayrıca qurum olaraq fəaliyyət göstərəcək. Amma burada Şuşa şəhərini də ayırmaq lazımdır: “Şuşa şəhərinə qayıdacaq olan məcburi köçkünlər var. Struktur islahatlarının aparılmasını təklif edirəm. Daha çevik idarəetmə olmalıdır. Şuşada inzibati, yerli idarəetmə orqanları ayrıca məkanda yerləşdirilməlidir. Tarixi abidələrin, mədəniyyət abidələrinin bərpa olunması vacibdir. Çünki bir məmurun əlinə bu sənədi versəniz, sabah ora köçəcək vətəndaşların mülkiyyət hüququ ilə bağlı problemlər yaşanacaq. Burada hər şeydən əvvəl insan amilidir. Şuşa həm də muzeylər şəhəridir. Burada Əhməd bəy Ağaoğlunun, Yusif Vəzir Çəmənzəminlinin muzeyinin yaradılması, irsinin davam etdirilməsi təmin edilməlidir. Türkiyədən və başqa ölkələrdən Ə.Ağaoğlunun adını eşidən yüzlərlə insan Şuşaya getmək istəyəcək”.
Deputat Musa Quliyev təklif edib ki, Şuşanın məskunlaşması ilə bağlı konsepsiya hazırlansın: “Şuşanı tüstüsüz, siqaret çəkilməyən bir şəhərə çevirməliyik”.
Parlament üzvü Siyavuş Novruzov bildirib ki, layihədə Şuşa şəhərində hansı idarəetmə orqanlarının olacağı göstərilib: “Amma biz orada yerli idarəetmə orqanlarını yaratmalıyıq. İnsanların ora gedişi təmin ediləndən sonra bu ediləcək”. Millət vəkili Əli Hüseynli isə deyib ki, bütövlükdə qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqındadır: “Bələdiyyə məsələsinin burada yer alması məqsədəuyğun olmazdı. Bu, Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması ilə bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə