Türkiyəli general: ““Dəmir yumruq” əməliyyatı “Polad yumruğa” çevrildi”
Banuçiçək Kalbalıyeva
16:00 16.06.2021
Qarabağ
904
Məlum olduğu kimi, dünən Şuşada Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müqavilə həm də özündə hərbi əməkdaşlığı ehtiva edir. Bu isə o deməkdir ki, bizi istəməyənlər, düşmənlər bundan sonra sərsəm bəyanatlar səsləndirməzdən əvvəl iki dəfə düşünməli olacaqlar. Çünki “Şuşa bəyannaməsi” ilə gücümüzə güc qatıldı.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi ateşşəsi, ehtiyatda olan general-mayor Yücel Karauz sənədin əhəmiyyətini “Sherg.az”a izah etdi:
“Tərəflər arasında 1918-ci ildə imzalanan Batum müqaviləsi ilə Bakının, 1921-ci ildəki Qars müqaviləsi Naxçıvanın ərazi bütövlüyünə təminat verilirdisə, “Şuşa bəyannaməsi” ilə Türkiyə Qarabağın ərazi bütövlüyünə qarant olur. “Şuşa bəyannaməsi” ilə Azərbaycanın başlatdığı “Dəmir yumruq” əməliyyatı “Polad yumruğa” çevrildi. Bu sənəd Üzeyir Hacıbəyov, Əhməd Cavad, Nuru Paşa, Ənvər Paşa...Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev deməkdir. Bu sənəd 83 milyonluq Anadolu türkü ilə 10 milyonluq Azərbaycan türkünün ruhunun birləşməsi deməkdir. Həmçinin digər türkdilli dövlətlərlə əməkdaşlıq üçün də bir siqnaldır”.
Y. Karauzun sözlərinə görə, bundan sonra hərbi qüdrətimiz daha da artacaq: “Ankara Bakının, Bakı da Ankaranın yanındadır. Birinin ayağına dəymiş daş digərinin ayağına dəymiş kimidir. Müqavilə təbii ki, regiondakı sabitlik, sülh məqsədlidir. Bizim kiminsə torpağında gözümüz yoxdur. Bundan sonra Türkiyə yerli istehsallı silahlarını, o cümlədən “Bayraqdar”ı Azərbaycana verəcək və bu, Bakını daha güclü edəcək. Dünyada Azərbaycanla Türkiyə kimi nümunəvi münasibətlər saxlayan başqa dövlət yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya