“Türkiyənin mesajları məhz Rusiyaya ünvanlanıb”
Şəymən Bayramova
12:24 14.07.2020
Qarabağ
1180
“Rusiya Ermənistana kömək edəcəksə, Türkiyə Azərbaycanla birgə hərbi əməliyyatlara başlayacaq”
“Azərbaycanın Türkiyəyə müraciəti dərhal, türk qoşunlarının cəbhə bölgəsində peyda olması ilə nəticələnəcək”
"Ermənistanın Tovuz istiqamətində təxribatlarını davam etdirməsi planı ciddi fisaskoya uğrayır. Buna rəğmən təxribatları davam etdirir. Bu da deməyə əsas verir ki, burada digər ölkənin planının olması istisna deyil".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Dövlət sərhəddində baş verən təxribatların təkcə Ermənistanın planı olmadığını vurğulayan politoloqun fikrincə, Gürcüstan prezidentinin bəyanatına fikir verdikdə, görünür, ki, onun verdiyi açıqlama Ermənistan və onun havadarının maraqlarına xidmət edir:
"Azərbaycan Qarabağ istiqamətində hücuma keçməli, Araz boyu əraziləri və Ağdam işğaldan azad etməlidir. Həmçinin Kəlbəcər istiqamətində də düşmən qüvvələrini geri otuzdurmalıdır. Əlavə olaraq onu da qeyd edim ki, Türkiyənin verdiyi mesajlar məhz Rusiyaya ünvanlanıb.
Əgər Rusiya Qarabağda Azərbaycana qarşı Ermənistana kömək edəcəksə, Türkiyə Azərbaycanla birgə hərbi əməliyyatlara başlayacaq. Azərbaycanın Türkiyəyə müraciəti dərhal, türk qoşunlarının cəbhə bölgəsində peyda olması ilə nəticələnəcək.
Nəzərə alaq ki, Türk qoşunlarının çətin dağlıq ərazilərdə müharibə aparmaq təcrübəsinə malikdir. Nə Ermənistan, nə də Rusiyanın belə təcrübəsi var. Türkiyə Rusiya üçün çəkindirici faktor ola bilər. Aviasiya və raketlərin iştirakı ilə işğal olunmuş ərazilərə hücum etmək mütləqdi.
Azərbaycan bir neçə rayonu işğaldan azad edib, burada möhkəmlənə bilər. Atəşkəsə getmək lazım deyil. Rusiyanın məlum bəyanatına fikir vermək gərəkli deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm