TÜRKSOY-un baş katibi: “Şuşadakı zəngin tədbirlər dünyada rezonans doğuracaq”
Yusif Nəzərli
09:40 09.05.2023
Qarabağ
675
“Şuşa türk dünyasının mədəniyyət paytaxtı olduğuna görə zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız olacaq”.
Bu fikirləri “Report”un Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.
Baş katib deyib ki, Şuşa şəhəri 2023-cü ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə Türk dünyasının mədəniyyət paytaxtı elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi sərəncamına əsasən, Nazirlər Kabinetinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət planı hazırlanıb.
Fəaliyyət planına uyğun olaraq, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək, “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılış mərasimi olacaq.
Sultan Raev TÜRKSOY-un “Qorqud Ata” Türk Dünyası III Film Festivalının da açılışının Şuşada olacağını bildirib:
“Filmlərin nümayişi oktyabr ayında Bakıda keçiriləcək”.
Baş katib Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasının rəsmi bağlanışı ilə bağlı yekun tədbirin isə noyabr ayına planlaşdırıldığını deyib:
“Bağlanışda estafet 2024-cü ilin türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə veriləcək”.
Baş katib Raev onu da qeyd edib ki, Şuşada keçirilən bu proqramların türk dünyası mədəniyyət paytaxtlarında indiyədək keçirilmiş tədbirlərdən daha yaddaqalan olacağına və çox rezonans doğuracağına inanır:
“Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir. Mənim fikrimcə, Şuşa Azərbaycanın ürəyidir. Bu il həm də TÜRKSOY-un 30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, haqsızlıqla dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən istifadə edib həm türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol