Ümidlər "ölür" - Girovlardan nə məktub var, nə də videogörüntü
Fidan Həmişəyeva
13:25 15.11.2019
Qarabağ
1245
“Artıq 2 ildir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları atamdan nə videogörüntü, nə şəkil təqdim ediblər”. Bu sözləri Sherg.az-a açıqlamasında Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
Onun sözlərinə görə, 2 ildən çoxdur ki, atası ilə bağlı sadəcə olaraq şifahi məlumat əldə edirlər:
“Bu yaxınlarda bizdə ümid yarandı ki, əsir və girovların dəyişdirilməsi prosesi baş tutacaq. Hətta Rusiyanın Xarici İşlər Nazirliyi açıqlama verdi ki, əsir və girovların dəyişdirilməsi ilə bağlı hazırlıq işləri gedir. Amma hələ ki, sabitlikdir. Nə dəyişilmə prosesi baş tutdu, nə hazırlıq işləri görüldü. 5 ildən artıqdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinə iş vermişik. Ümid edirdim ki, bu ilin sonuna kimi girovların dəyişdirilməsi baş tutacaq və atam geri qayıdacaq. Avropa İnsan Hüquqları Məhkəməsi işi üzərinə götürüb, komunikasiya qəbul edib və komunikasiya başa çatdıqdan sonra işə baxılma prosesi baş tutmalıdır. Avropa Məhkəməsində işi aparan insanlar açıqlama vermişdilər və biz ümid edirdik ki, bu il atamın və Şahbaz Quliyevin məsələsinə baxılacaq. Amma təəssüflər ki, Avropa İnsan Hüquqları Məhkəməsinin gələn il bu işə baxacağı bildiriləndə, ümidlərimizin hər biri öldü. Mən ümid edirdim və inanırdım ki, bu il Avropa İnsan Hüquqları Məhkməsində işə baxılmamışdan qabaq girovların dəyişdirilməsi prosesi baş tutacaq və atam nəhayət ki, 6 ildən sonra xilas ediləcək. Hələ ki, gözləyirik, görək nə baş verəcək”.
K.Əsəgrov atasından sonuncu dəfə 2017-ci il noyabrın 1-də məktub aldığını bildirib:
“O vaxtdan bəri heç bir məktub gəlməyib. Hər dəfə Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirirlər ki, “Atanızın saxlanma şəraiti yaxşıdır, səhhəti normaldır”. Onlara cavab verirəm ki, “Atamın səhhətinin yaxşı olduğunu deyirsiz. Yaxşı, mən sizinlə razıyam. O zaman bir dəqiqəlik videogörüntü gətirin və biz görək ki, həqiqətən də atamın vəziyyəti yaxşıdır. Beləliklə sübut olunsun ki, siz beynəlxalq təşkilat olaraq düz deyirdiz, mən isə yanılırdım. Amma siz atamdan bir dəqiqəlik görüntü gətirə bilmirsizə, beynəlxalq təşkilat olaraq sizə inanmıram”.
Erməni əsirliyində olan Şahbaz Quliyevin qardaşı İlham Quliyev də uzun müddətdir ki, qardaşından xəbər ala bilmədiyini deyib:
“Şahbazdan sonuncu dəfə nə vaxt məktub aldğımız heç yadımda da deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi məni proseslərdən kənarlaşdırıb. Artıq məni dəvət etmirlər. Ona görə də qardaşımla bağlı heç bir məlumat əldə edə bilmirəm”.
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya