Vüqar İskəndərov : "Artıq insanlar anlayırlar ki, torpaqlarımızı geri almaq üçün məqam yetişib"
Fidan Həmişəyeva
10:55 19.07.2020
Qarabağ
1158
İyulun 12-dən etibarən Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər ölkədə milli ruhu yüksəldib. Hər kəs savaşının başlanmasını istəyir.
Növbəti erməni təxribatı sülh danışıqlarını tam iflasa yaxınlaşdırmaqla Azərbaycanın qarşısında torpaqlarını işğaldan azad etmək üçün güc istifadə etməkdən başqa alternativ qoymur. Ermənistanın bu təxribatı Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini ciddi şübhə altına alır.
Prosesə dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Vüqar İskəndərov bildirib ki, Ermənistanda hakimiyyətlər dəyişsə də, bu dövlətin işğalçı mahiyyəti dəyişmir:
“Biz bilirik ki, Ermənistan adlı müstəqil dövlət yoxdur. Onun müstəqil siyasəti haqda danışmaq gülüncdür. Bu məsələdə təbii ki, Ermənistanı dəstəkləyən qüvvələr aparıcı rol oynayır. Ona görə də bu təxribat Ermənistanın arxasındakı qüvvələr tərəfindən hesablanmış, həyata keçirilmiş təxribatdır. Ancaq Ermənistan gözləmirdi ki, Azərbaycan onlara bu qədər adekvat, dəqiq cavab verə bilər, həm siyasi arenada, həm də cəbhədə. İkinci, Paşinyanın ən böyük səhvi o oldu ki, KTMT-ni bu oyuna cəlb edə biləcəyini düşündü. Amma unutdu ki, Azərbaycanın Ermənistandan başqa, oradakı bütün üzv ölkələrlə ikitərəfli ən yüksək münasibətləri var. Ona görə də heç kim Azərbaycanı qoyub, zəlil siyasət həyata keçirən, təklənmiş Ermənistanı dəstəkləyə bilməz. Çünki biz bütün sahələrdə həmin ölkələrin həm çətin dövründə, həm də yaxşı günlərində yanlarında olmuşuq. Azərbaycan Prezidenti sözü ilə əməli bir olan böyük siyasətçidir, liderdir. Biz artıq o sahədə də Ermənistanı qabaqlamışıq. Lakin Ermənistan bütün bunları hesablaya bilməmişdi. Ona görə də özü qazdığı quyuya özü düşüb. NATO-dakı nümayəndəsinə tapşırıq verib ki, bu qurumdan kömək istəsin. Görün necə çətin vəziyyətə düşüb ki, başqa bir blokda olan ölkə NATO-dan yardım istəyir. Bu, həm böyük siyasi səhvdir, həm də gülüncdür. Ermənistan KTMT-dən də təcrid olunmuş halda qalıb.”
“İndiki məqamda Azərbaycan hansı addımları atmalıdır?” sualına gəlincə, deputat vurğulayıb ki, artıq vətəndaşlarımız atəşkəsdən yorulub:
“Bunu Cənab Prezident də deyir. Artıq insanlar anlayırlar ki, torpaqlarımızı geri almaq üçün məqam yetişib. Amma digər məsələlər də var: Cənab Prezident müşavirədə dedi ki, elə məsələlər var, onları açıq söyləmək düzgün deyil. Əks təqdirdə biz düşmənə hansısa məsələlərdə şans verə bilərik. Digər tərəfdən, bu gün Azərbaycan üçün çox yaxşı məqam yetişib. Vaxtilə erməni tərəf müəyyən dairələr tərəfindən dəstəklənirdi. Amma son illərdə Azərbaycanın yeritdiyi siyasət sayəsində biz artıq o maneələri aşmışıq. İndi bizim qarşımızda ovaxtkı baryerlər yoxdur. Beynəlxalq təşkilatlar, dünya ölkələri Azərbaycanı açıq-aşkar dəstəkləyirlər. Lakin biz istərdik ki, bir neçə böyük ölkə ən azı neytral qalsın. Bunun üçün də hələlik bəzi siyasi məsələlər həllini tapmalıdır. Müharibəni udmaq üçün ən əvvəla, müharibəyə qədərki siyasi proseslər var ki, onlar həyata keçirilməlidir. Yəni artıq əmin olmalıyıq ki, qısa vaxt ərzində öz torpaqlarımızı geri qaytaracağıq. O zaman da bu, müharibə deyil, antiterror əməliyyatı olacaq. Biz öz torpağımızda müharibə edə bilmərik ki. Ermənistan terrorçuları ərazilərimizi zəbt ediblər və orda qanunsuz olaraq, məskunlaşma həyata keçirirlər. Bir sıra məsələlər də var ki, onları Cənab Prezident daha yaxşı bilir. Bütün dünya insanı gördü ki, Azərbaycan xalqı artıq bütün sahələrdə birləşib.Vətənpərvərlik duyğuları ən yüksək səviyyədədir və artıq bizi heç bir qüvvə torpaqların bağışlanmasına sövq edə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya