Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə... - İcma BƏYANAT verdi
Ayyət Əhməd
14:15 09.10.2019
Qarabağ
782
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşadakı Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən “təmir-bərpası” ilə bağlı bəyanat yayıb.
Sherg.az-ın xəbərinə görə bəyanatda bildirilir: "İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan Şuşada Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır. Bu işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir.
Məlum olduğu kimi, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər ağa məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib.
Məscidin “təmir”dən sonra “açılış”ı Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün planlaşdırdığı növbəti ucuz bir şoudur. Ermənistan bununla dünyada özünü tarixi abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Ermənistan həqiqətən tarixi abidələrə bu qədər hörmətlə yanaşırsa, onların bərpasında maraqlıdırsa, onda nəyə görə xalqımıza məxsus yüzlərlə mədəni, tarixi dini abidələri məhv edir? Şuşada vaxtı ilə mövcud olmuş digər məscidlərin, kilsələrin və digər abidələrin izləri nəyə görə erməni vandalları tərəfindən yer üzündən silinməkdədir? Şuşanın əzəli yerli sakinləri olan azərbaycanlılar oradan qovulduqları halda Yuxarı Gövhər ağa məscidindən kimlər istifadə edəcək?
Bizi ağrıdan həm də odur ki, erməni qəsbkarları xalqımızın bu memarlıq incisinin arxitekturasını dəyişərək, məscidi “fars məscidi” kimi qələmə verməyə çalışırlar. Bu bir daha Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin oğurlanması, izinin itirilməsi və silinməsi ilə məşğul olduğunu göstərir. Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır, onu yenidən yazmağa çalışır. Bu həm də bir daha Ermənistanın saxta tolerant ölkə olduğunu göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya