Gündüz İsmayılov: Fransada islamofobik düşüncənin 80 faizi qadınlara yönəlikdir
07:02 09.03.2024
Gündəm
319
Avropanın bəzi ölkələrində islamofobiyanın güclənməsinin səbəbi odur ki, orada bu düşüncə yuxarıdan aşağı yayılır. Yəni islamofobik düşüncə dövlət vasitəsilə cəmiyyətə təlqin edilir.
APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.
"Məsələn, 2019-cu ildə Fransada dövlətə məxsus xidmət müəssisələrində müsəlmanlara qarşı ayrıseçkilik hallarının sayı 369 olduğu halda, özəl sektorda bu rəqəm 197 olub. Bu nə deməkdir? Məncə, aydındır. Ümumiyyətlə, Fransa, Almaniya, İngiltərə, İsveçrə kimi Avropa ölkələrində islamofobiya ilə bağlı konkret statistikalar var. Məsələn, Fransada 2500 məscid var. Bu məscidlərin mütləq əksəriyyəti bir otaqdan ibarətdir. Daha iri məscidlər tikmək üçün yerli müsəlmanların büdcəsi yetmir. Kənardan yardım almağa isə dövlət mane olur. Buna Fransanı müsəlmanlaşdırmaq kimi baxırlar. Yaxud müsəlmanların geyimi məsələsi də Fransada ciddi problemdir. Fransada islamofobik düşüncənin 80 faizi qadınlara yönəlikdir. Eləcə də müsəlmanların dini təhsil almasına da mane olunur. Bu həm Fransada, həm də bir sıra Avropa ölkələrində bu cürdür", - o əlavə edib.
Sədr müavinin sözlərinə görə, statistika göstərir ki, müsəlmanlar Fransada müəssisəyə CV təqdim etdikdə dini əqidələrini göstərmirlərsə, işə qəbul olma ehtimalları əlli faiz artır: "Bir sıra Avropa ölkələrində müsəlmanlar miqrantlar arasında işsizlik faizi çox yüksəkdir".
Gündüz İsmayılov onu da vurğulayıb ki, islamofobik düşüncədən çıxış yolu haqlı tərəflə haqsız tərəfi ayırmaq və haqlının yanında dayanmaqdır:
"Bu gün haqlı tərəfə də ortadadır, haqsızlığla etiraz edən də. Haqlının yanında olmaq vicdani, dini və həm də insanı faktdır. Avropa üçün tolerantlıq və multikulturalimz hüquq məsələsidir, amma bizim üçün belə deyil. Bizim üçün bu anlayışlar həm də mədəniyyət və mənəviyyat məsələsidir. Bu həm də müqəddəs missiyadır. Bəşəriyyəti xilas etmək, gələcəyə işıq tutmaq missiyası. Bu işığı heç kəs söndürə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya