Elçin Əmirbəyov: Aİ Asiyaya yaxınlaşmaqda maraqlıdırsa, Qafqazda mövcudluğunu artırmalıdır
12:05 03.06.2025
Siyasət
392
Azərbaycan geostrateji mövqeyinin fərqindədir və Qərbin Rusiyadan uzaqlaşmaq istədiyi bir dövrdə öz rolunu daha da gücləndirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İspaniyaya səfəri zamanı EFE agentliyinə açıqlamasında bildirib.
O, Avropa İttifaqına (Aİ) mühüm mesaj ünvanlayıb: “Əgər Aİ Mərkəzi Asiyaya yaxınlaşmaqda həqiqətən maraqlıdırsa, o zaman Cənubi Qafqazda öz mövcudluğunu artırmalıdır”.
E. Əmirbəyov xatırladıb ki, Asiya ilə Avropa arasında əsas nəqliyyat və enerji bağlantıları, neft və qaz kəmərləri, dəmir yolları Mərkəzi Asiyadan keçərək Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Qərb bazarlarına çatır. Bu Mərkəzi Dəhliz Şərqi Asiya ilə Qərbi Avropa arasında ən qısa, sərfəli və davamlı bağlantı hesab olunur.
Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Azərbaycan Aİ üçün daha vacib tərəfdaşa çevrilib. Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, 2022-ci ildən bəri Asiya ilə Avropa arasında ticarət dövriyyəsi 75% artıb və bu dinamika davam edəcək.
“Hazırda biz Aİ ilə infrastrukturun tutumunun artırılması məsələsini müzakirə edirik. Çünki artan tələbat Avropa tərəfindən ciddi investisiyalar tələb edir. Azərbaycan qazına yalnız Avropa yox, dünyanın digər bölgələrindən də tələbat var,” – deyə Əmirbəyov vurğulayıb.
Onun sözlərinə görə, bu məsələlərin müzakirəsi üçün İspaniyaya səfər etməsi də təsadüfi deyil çünki Madridin Brüsseldəki nüfuzu bu danışıqlarda mühüm rol oynayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya