Fransa konsulluğu Rusiyanın planının pozulması deməkdir
Yusif Nəzərli
00:43 11.06.2025
Gündəm
439
Paşinyanın rəhbərlik etdiyi hökumət kənar qüvvələri Cənubi Qafqaza gətirməklə bölgədə vəziyyəti gərginləşdirir
“Fransanın Gorusdakı konsulluğu Qərb üçün hərbi və kəşfiyyat məqsədlərinə xidmət edəcək". Bu barədə "Şərq"ə açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, Fransanın məhz həmin ərazidə konsulluq açması əsasən üç səbəbə görədir: "İlk növbədə rəsmi Parisin reallaşmasını istəmədiyi Zəngəzur dəhlizi prosesinə mane olmaq üçün atılmış addımdır.
Sünik vilayəti Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasının ortasında yerləşir. Zəngəzur dəhlizi layihəsinin əsas mərkəzi məhz buradır. Bu baxımdan Sünik vilayəti təkcə Ermənistan üçün yox, həm də Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Təbii ki, bu məsələ Zəngəzur dəhlizinin açılmasına mane ola bilməz. Orada hansı ölkənin diplomatik nümayəndəliyinin yerləşməsindən asılı olmayaraq Ermənistan üzərinə götürdüyü öhdəliyə riayyət etməlidir. Rəsmi Parisin bu yolla prosesə mane olmaq gücü yoxdur. İkinci önəmli məsələ isə Fransanın bununla Rusiyaya qarşı əzələ nümayişidir. Rəsmi Moskva 2023-cü ildə Sünik vilayətində konsulluq açmaq istəsə də, Ermənistan rəhbərliyi buna icazə verməmişdi. Ancaq Fransaya dərhal yaşıl işıq yandırdı".
Analitik hesab edir ki, Fransa konsulluğu Rusiyanın planının pozulması deməkdir:
"Xüsusilə 2026-cı ildə keçiriləcək parlament seçkilərinə az qalmış və rusmeyilli müxalifətin güclənməsi fonunda baş verən hadisələr Ermənistanın Rusiyaya "strateji xəyanəti" kimi də başa düşülə bilər. Məsələnin üçüncü tərəfi isə İranla bağlıdır. Rəsmi Tehran dəfələrlə Ermənistanın kənar dövlətləri regiona gətirməsindən narahat olduğunu üstüörtülü şəkildə bəyan edib. İran-Ermənistan sərhədində Fransa konsulluğunun açılması ikitərəfli əlaqələrin bir qədər gərginləşməsinə səbəb ola bilər. Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət kənar qüvvələri Cənubi Qafqaza gətirməklə bölgədə vəziyyəti gərginləşdirir. İrəvanın bu addımı bölgədə sülh və sabitliyin qorunub saxlanması yolunda əsas maneələrdən biridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya