
Analitik: Pezeşkianın rejimə qarşı olduqca maraqlı taktika seçib
Yusif Nəzərli
15:00 29.03.2025
Region
548
Son zamanlar İranda maraqlı tendensiya müşahidə edilir.
İran Prezidenti Məsud Pezeşkian heç bir türkçü, millətçi açıqlamalar vermədən və molla rejiminin hazırkı ədalətsiz siyasətinə də heç bir etirazını bildirmədən, sadəcə, Azərbaycan türkcəsində danışmaqla İran "İslam" Respublikası kimi "qosqoca" dövləti zəlzələ kimi silkələyir, rejimin gücünü günü-gündən laxladır.
Siyasi şərhçi Bəybala Mirzəyev də "Sherg.az"a açıqlamasımda Pezeşkianın rejimə qarşı olduqca maraqlı metod, taktika seçdiyini deyib:

"Tədbirlərdə imkan düşən kimi Azərbaycan türkcəsində çıxış edir. Müsahibələrini də ana dilimizdə verir. Və onun türk dilində hər çıxışı, hər müsahibəsi hadisəyə çevrilir, İran cəmiyyətində və mediasında böyük rezonans doğurur, hakim elitada və fars millətçilərində ciddi narahatlıq, qəzəb doğurmağa başlayır.
Pezeşkianın bir neçə gün öncə Urmu gölünün sahilində Azərbaycan türkcəsində danışması da, necə deyərlər, "viral" oldu və fars şovinistlərinə ox kimi batdı.
İranın keçmiş yol və şəhərsalma naziri Abbas Axundi də özünü yuyulmamış çömçə kimi ortaya ataraq Pezeşkiana müraciət etdi və onun türkcə müsahibə verməyə haqqı olmadığını, ona bundan sonra dövlət başçısı kimi ictimai yerlərdə, rəsmi tədbirlərdə yalnız farsca danışmalı olduğunu bildirdi.
Ancaq Pezeşkianın müdafiəsinə qalxan şəxslərin də panfarsçılara etiraz səsləri artıq eşidilməkdədir. Onlardan biri də əslən Güney Azərbaycandan olan tanınmış din xadimi və siyasi fəal Rəhmətullah Bəydili`dir.
Rəhmətullah Bəydili Məsud Pezeşkiana ictimai yerlərdə türkcə danışmamalı olduğunu söyləyən Abbas Axundiyə bu gün kifayət qədər sərt və tutarlı cavab verib.
R.Bəydili Abbas Axundinin timsalında bütün panfarsçılara deyib ki, siz türk dilini təhqir etməklə insanları qəzəbləndirirsiniz: "
“Cənab Axundi, sizin kimi insanların türk dili haqqında belə danışmağı insanların narahatlığına və qəzəbinə səbəb olur, bu ölkəyə və millətə pislik gətirir. Millətin mədəniyyətinə, dilinə qarışmağı dayandırın və onları bu qədər qəzəbləndirməyin! Rəhbərlik sizin göstərişinizin əksinə olaraq çıxışlar edir, danışır, türkcə öyrənməyi tövsiyə edir. Rəhbərliyin türkcə danışdığı üç videosuna baxın və millətin mədəniyyətinə, dilinə qarşı davranışlarınızdan utanın!"".
B.Mirzəyevin sözlərinə görə, Rəhmətullah Bəydilinin bu cavab mesajı əslində təkcə A.Axundi kimi rejim nökərlərini və fars irqçilərini yox, ellə molla rejiminin özünü də ciddi şəkildə düşündürməlidir:
"Molla rejiminin Azərbaycan türkcəsini İran dövlətinin ikinci rəsmi dili etmək əvəzinə, Axundi kimi mankurtları və fars ultramillətçilərini Pezeşkianın üzərinə qısqırtmaqla və Azərbaycan türkcəsinin rəsmi tədbirlərdə səslənişinə dözümsüzlük göstərməklə, özü də istəmədən, İranın parçalanıb tarix səhnəsindən silinməsi prosesini daha da sürətləndirir. Güneyli soydaşlarımız məhz həmin "X günü"nə indidən hazır olmalıdırlar...
Yadınızdadırsa, bir müddət öncə Türkiyə XİN-in başçısı "Əl Cəzirə" kanalına müsahibəsi zamanı İran mollakratiyasına "Eviniz şüşədəndirsə, qonşunun pəncərəsinə daş atmayın" tövsiyəsində bulunmuşdu. Fidanın bu məsləhəti günlərlə İran mediasında müzakirə olundu. Panfarsçılar Türkiyənin ünvanına xeyli təhdid və təhqirlər yağdırdılar.
Hörmətli Fidanın həmin açıqlamasının "mürəkkəb"i hələ qurumamış, bu yandan da Ərdoğanın Çanaqqala Zəfərinin 110-cu ildönümünə dair çıxışında Təbriz şəhərinin də adını çəkərək, "Hələbdən Təbrizə, Mosuldan Qüdsə qədər mənəvi coğrafiyamızdır" ifadəsini işlətməsi, necə deyərlər, mollalara lap od qoydu.
Onlar Təbrizin Türk dünyasının mənəvi coğrafiyasına daxil olması fikrini heç cürə qəbul və həzm edə bilmirlər. Bu mənada, BBC Farsca redaksiyasının Türkiyə prezidentinin həmin fikrini başqa yerə yozaraq, bunu "İranın ərazi bütövlüyünə təhqir" və təhdid kimi təqdim etməsi heç də təsadüfi deyil.
İrqçi, panfarsçı qrupların yuvasına çevrilən İran mətbuatında bir neçə gündür Türkiyəyə və türk xalqına qarşı nifrət və təhqir nitqinin üstünlük təşkil etməsi də molla rejiminin qəzəbinin təzahürüdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya