Deputat və “Yerkrapa” rəhbərinin xaç oğluna ev dustaqlığı verilib - KİV

Ermənistanın hakim “Mülki müqavilə” partiyasının üzvü, deputat və “Yerkrapa” rəhbəri Sasun Mikaelyanın xaç oğlu Genrik Kotanyan ev dustaqlığına buraxılıb. Sherg.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Razdan şəhərində dövlət vəzifəsində çalışan Kotanyan saxlanılıb. O, bir neçə maddə üzrə — seçicilərə rüşvət vermək, vəzifə saxtakarlığı törətmək və dələduzluğa yardım göstərməkdə ittiham olunur.

İş üzrə digər təfərrüatlar məlum deyil.