Gürcüstanda Ermənistanla sərhəddə yerləşən “Ninotsminda–Bavra” sərhəd-keçid məntəqəsinə aparan avtomobil yolunda yük maşınlarının hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Sherg.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məhdudiyyət ölkədaxili əhəmiyyətli Koda–Parçxisi–Manqlisi–Tsalka–Ninotsminda avtomobil yolunun 94-146-cı kilometrlərini əhatə edən Ayazma–Ninotsminda hissəsində tətbiq edilib.