
Görünür ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib -Politoloq
12:56 15.01.2025
Region
631
Ermənistanın təhlükəsizliyi sözün əsl mənasında İran və Rusiyanın mövqeyindən asılıdır. Bu, faktdır. Ermənistan hökuməti de-fakto bu iki dövləti narahat edən addımlar atır və bu, Ermənistanla bağlı status-kvonun saxlanması qərarını poza bilər.
Bu sözləri erməni türkoloq Varujan Geqamyan erməni mediasına müsahibəsində Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq haqda saziş imzalamasını şərh edərkən deyib.
Onun fikrincə, rəsmi İrəvanın İran və Rusiyaya qarşı yönəlmiş addımları öz ayağına güllə sıxmasıdır.
Geqamyan ABŞ-la strateji tərəfdaşlıqdansa, İranla hərbi təlimlərin keçirilməsi və İran qoşunlarının “Ermənistanın zəif bölgəsi olan” Sünikdə (Zəngəzurda) yerləşdirilməsini təklif edib:
“Bu halda Ermənistanın təhlükəsizlik səviyyəsi faktiki olaraq artardı. Azərbaycanın Zəngəzur iştahını cilovlamaq üçün İranla təlim keçirməliyik”.
Qeyd edək ki, İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın yanvarın ilk ongünlüyündə İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinə hərbi tərəfdaşlıq sazişi və ordunun Zəngəzura yeridilməsini təklif etdiyi barədə məlumat yayılıb. Bunun ardınca Ermənistanda müxalif siyasətçilər və politoloqlar bu istiqamətdə təbliğatı gücləndiriblər.
Politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, ABŞ-ın Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalaması regiondakı qüvvələr balansına təsir göstərir:

"Regiondakı dövlətlərdən buna müəyyən mənada reaksiya cəhdləri olsa da, İrandan ümumiyyətlə səs yoxdur. Əvəzində ayrı-ayrı siyasi ekspertlər mövqe ifadə edirlər. Onlar bildirirlər ki, sənəd parçasındansa, İran-Ermənistan əməkdaşlığı, hərbi təlimlər, İranın Zəngəzur bölgəsinə qoşun yeritməsi daha yaxşı olar. Bütün bunlar aranı qızışdıracaq, ölkədə xaos yaradacaq və gərginliyə səbəb ola biləcək açıqlamalardır. Həmçinin Ermənistanın daxilində də eyni fikirdən çıxış etməyən qüvvələrin çoxluq təşkil edir. Onlardan bəziləri Rusiyaya, bəziləri Qərbə, bəziləri isə İrana meyillidir. Bunun nəticəsində də hazırkı mənzərə formalaşır".
Politoloq əlavə edib ki, Görünür ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib:
"İstənilən suveren dövlət başqa bir dövlətin ərazisinə qüvvələrini daxil edirsə, burada müstəqillikdən danışmaq olmaz. Hər bir ölkə özünə güvənməli, ordusunu inkişaf etdirməli, maraqlarının təminatına çalışmalıdır. Erməni politoloq, türkoloq və özünə ekspert adı qoyan şəxslərin İrana bu cür çağırışları yolverilməzdir. Ümumilikdə isə bu təxribat xarakterli açıqlama kimi qiymətləndirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq