Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş noyabrın 19-da Minskdə keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın "Birinci Kanal"ı məlumat verib.
Gürcüstan hökumətinin açıqlamasında deyilir: "Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiya Federasiyasının nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş 19 noyabr 2026-cı ildə Minskdə keçiriləcək".