İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacaq

“Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq”.

APA xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda İran nümayəndə heyətinin, xüsusən də dondurulmuş aktivlərlə bağlı Anlaşma Memorandumunun icrasını izləmək üçün Dohaya səfər edəcəyi bildirilir.

“ABŞ nümayəndələrinin Qətərə səfəri İran nümayəndə heyətinin səfəri ilə əlaqəli deyil. Biz Anlaşma Memorandumunun icrasına diqqət yetiririk və tələblərimizə çatmaq üçün ciddi şəkildə çalışırıq. Hələ ki, yekun razılaşma üzrə danışıqlar mərhələsinə qədəm qoymamışıq. Yekun razılaşma üçün danışıqların başlanması 1, 4, 5, 10 və 11-ci maddələrin tətbiqinin başlanması və davam etdirilməsindən asılıdır. Biz Dohada Vaşinqtonun neft sanksiyalarının ləğvi və dondurulmuş vəsaitlərlə bağlı iki maddənin tətbiqi ilə bağlı məlumat verəcəyik”, - İran XİN-in yaydığı məlumatda deyilir.