Türkiyənin CHP sədri Kamal Kılıçdaroğlu İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaq materiallarını nəzərdən keçirdiyini və Əkrəm İmamoğlunun partiyadan xaric edilməsinin gündəmdə olmadığını bildirib.
Sherg.az xəbər verir ki, Kılıçdaroğlu etibar etdiyi hüquqşünaslarla birlikdə bütün ittiham aktlarını oxuduğunu və onların adi sənədlər olmadığını deyib. Bununla belə, məhkəmə prosesi başa çatmadan hər hansı qərarın verilməsinin düzgün olmadığını vurğulayıb.
O bildirib ki, bələdiyyə sədrlərinin həbsdə deyil, azadlıqda mühakimə olunmasının tərəfdarıdır və onların məhkəmə qarşısında özlərini müdafiə etmək hüququ var.
"Əgər sabah Əkrəm İmamoğlu bəraət alarsa, onu niyə partiyadan xaric etməliyik? Bələdiyyə sədrlərimizin partiyadan uzaqlaşdırılması ilə bağlı belə bir düşüncəmiz yoxdur", – deyə CHP sədri bildirib.