Son xəbərlər

Mansur Yavaşdan prezidentliyə namizədliyi ilə bağlı AÇIQLAMA

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş prezidentliyə namizədliyi ilə bağlı iddialara münasibət bildirib.

Sherg.az xəbər verir ki, Yavaş açıqlamasında belə bir gündəmlərinin olmadığını deyib:

“Ankaranın həqiqətən də həll olunmamış və həllini gözləyən bir çox problemi var. Biz diqqətimizi onlara yönəltmişik və yönəltməyə də davam edəcəyik. Bizim belə bir gündəmimiz qətiyyən yoxdur”.

O bildirib ki, hazırda əsas məqsədi Ankara sakinlərinə verilən vədləri yerinə yetirmək və şəhərin problemlərini həll etməkdir.

“Əvvəlcə Ankara sakinlərinə verdiyimiz sözləri yerinə yetirməyə çalışırıq. Nəqliyyat problemindən tutmuş Ankaranın bir çox problemi var. Bunları həll etmək üçün fəaliyyətimizi davam etdiririk”, - deyə Yavaş qeyd edib.

Yavaş həmçinin prezidentliyə namizədliklə bağlı yayılan müxtəlif ssenarilərdə iştirakının olmadığını vurğulayıb.