Trendyol Super Liqasında “Qalatasaray”la qarşılaşacaq “Beşiktaş”ın 11 futbolçusu meydana çıxacağı təqdirdə ilk dəfə sarı-qırmızılılara qarşı derbidə forma geyinəcək.
Sherg.az xəbər verir ki, Super Liqanın 13-cü turunda “Beşiktaş” və “Qalatasaray” noyabrın 30-da saat 21:00-da Tüpraş stadionunda üz-üzə gələcək.
“Beşiktaş”da Fabio Miretti, Doğan Alemdar və Ümit Akdağ mövsümün əvvəlində komandaya qoşulub. Ötən mövsüm heyətdə yer alan, lakin derbilərdə forma geyinməyən Taylan Bulut və Yasin Özcan da “Qalatasaray”a qarşı oynayacaqları halda ilk derbi həyəcanını yaşayacaqlar.
Bundan əlavə, mövsümün ilk derbisində “Fənərbağça”ya qarşı meydana çıxan Leandro Trossard, Dusan Vlahovic, Salih Özcan, İlhan Fakılı, Alexander Nübel və Kassoum Ouattara da texniki heyətin qərarı ilə meydana çıxacaqları təqdirdə ilk “Qalatasaray” derbisinə qatılacaqlar.
“Beşiktaş”ın baş məşqçisi Vinçenzo İtaliano da “Fənərbağça” üzərində qələbə qazandığı ilk derbisindən sonra “Qalatasaray”a qarşı ilk sınağını verəcək.