Son xəbərlər

Köçəryanın məhkəmə işi böyüyür, özü isə materialları oxuya bilmir

Ermənistanın sabiq prezidenti Robert Köçəryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işinin materiallarını öyrənə bilmədiyini bildirib.

Sherg.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Noyabrın 24-də keçirilən məhkəmə iclasında Köçəryan başqa cinayət işi üzrə həbsdə saxlanıldığı üçün 120 cildlik materiallarla tanış olmaq imkanının olmadığını deyib. Vəkili Aram Orbelyan sənədlərin internetə çıxışı olmayan planşetə yüklənməsini təklif edib.

Məhkəmə bu məsələnin başqa cinayət işi üzrə icraata baxan qurumun səlahiyyətində olduğunu bildirib. Növbəti iclas noyabrın 27-də keçiriləcək.